BAEA rəhbəri təşkilatın COVID-19-la mübarizədə necə kömək etməsi və virusun mutasiyası barədə danışıb

BAEA rəhbəri təşkilatın COVID-19-la mübarizədə necə kömək etməsi və virusun mutasiyası barədə danışıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertləri VETLAB baytarlıq laboratoriyalarında COVID-19 xəstəliyinə səbəb olmuş SARS-CoV-2 virusunun mutasiyalarını izləməkdə davam edirlər. Danimarkada su samurlarında və onlardan yoluxmuş insanlarda virusun yeni ştammının aşkarlanması barədə məlumatdan sonra agentliyin nümayəndələri ölkə mütəxəssisləri ilə məlumat mübadiləsi məsələlərini müzakirə ediblər.
BAEA-nın Baş direktoru Rafael Mariano Qrossi vurğulayıb: “SARS-CoV-2-nin yeni ştamlarının izlənməsi BAEA-nın “Zodiak” layihəsi çərçivəsində prioritet vəzifələrindən biridir. Bu yeni layihə ölkələrə heyvanlardan insana keçən xəstəlikləri aşkarlamağa və onları nəzarətdə saxlamağa kömək edir. Bununla yanaşı, BAEA-nın dövlətlərə nüvə texnologiyalarına əsaslanan zəruri avadanlıq təqdim edəcəyi bildirilir”.
Qrossi qurumun lap əvvəldən koronavirus pandemiyasına qarşı mübarizədə fəal iştirak etdiyini söyləyib. Artıq 120-dən çox ölkə yardım üçün agentliyə müraciət edib. Ümumilikdə, onlara 1873 diaqnostika avadanlığı göndərilib.
Xatırladaq ki, noyabrın əvvəlində Danimarkada 200-dən çox insanda mənbəyi su samurları olan koronavirusa yoluxma faktı qeydə alınıb. Bundan əlavə, 12 xəstədə mutasiya olunan yeni ştamm aşkarlanıb. İlkin məlumatlara görə, virusun bu variantı anticisimlərə qarşı həssaslığın azalması baxımından fərqlənə bilər.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova