ÜST kütləvi yoluxma yolu ilə koronavirusa qarşı kollektiv immunitet strategiyasını tənqid edib

ÜST kütləvi yoluxma yolu ilə koronavirusa qarşı kollektiv immunitet strategiyasını tənqid edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində kütləvi yoluxma yolu ilə kollektiv immunitet strategiyasının yolverilməz olduğu barədə xəbərdarlıq edib.
Təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesus Cenevrədə pandemiyanın lap əvvəlindən tez-tez gündəmə gələn bu mövzu barədə tənqidi fikirlər səsləndirib. O bildirib ki, dünya səhiyyəsi tarixində heç zaman yoluxma yolu ilə kollektiv immunitet hansısa epidemiyanın qarşısının alınması üçün istifadə edilməyib və belə bir strategiyanın pandemiyaya qarşı istifadəsindən danışmağa belə dəyməz. Belə bir addım həm etik, həm də elmi nöqteyi-nəzərdən problemlidir. Kollektiv immunitetə kütləvi yoluxma yolu ilə deyil, qızılca və ya poliomielit viruslarında olduğu kimi, peyvəndləmə yolu ilə nail oluna bilər. Eyni zamanda, elmə hələ tam olaraq məlum deyil ki, koronavirusa bir dəfə yoluxmaq insanı ikinci yoluxmadan nə dərəcədə qoruya bilər.
Dünyada koronavirusa yoluxma hallarının artmasına toxunan T.Gebreyesus diqqətə çatdırıb ki, infeksiyaya yeni yoluxmaların əsas hissəsi az sayda ölkələrin payına düşür. Bunlardan tam yarısı isə cəmi üç ölkədə qeydə alınıb. Bu da onu göstərir ki, virusa qarşı mübarizə tədbirlərinin təsir gücü yoluxmanın qarşısını almaq üçün əsas vasitədir. Pandemiyanın qeyri-bərabər şəkildə yayılması isə ona qarşı cavab tədbirlərini çətinləşdirir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova