Yol qəzalarında zərər çəkənlərə yüksək səviyyədə təcili yardım göstərilir

Yol qəzalarında zərər çəkənlərə yüksək səviyyədə təcili yardım göstərilir

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 2009-2016-cı illər ərzində yol-nəqliyyat hadisələri ilə bağlı daxil olan müraciətlərin və zərərçəkənlərin sayı son 2 il ərzində azalmağa doğru gedir. Sevindirici haldır ki, son zamanlar ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı da azalıb.
Bu barədə Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında keçirilmiş, ölkədə yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərə göstərilən tibbi yardıma həsr olunmuş tədbirdə BŞTTTYS-nın baş həkimi Rauf Nağıyev məlumat verib.
Toplantıda qeyd edilib ki, ölkə ərazisində baş vermiş yol qəzaları zamanı reanimasion-anestezioloji yardımın gücləndirilməsi məqsədilə 2006-cı ildə Səhiyyə Nazirliyinin 120 saylı əmri əsasında Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) nəzdində 12 regional məntəqə və “113” dispetçer mərkəzi yaradılıb. 2007-ci ildən tam fəaliyyətə başlayan bu dispetçer mərkəzində 5 dispetçer fəaliyyət göstərir və gündəlik olaraq 12 anestezioloji-reanimasion briqada xəttə çıxır.
SNTTTYS-nın baş həkimi Mirələm Cəlalov tədbirdə məlumat verib ki, 2007-2016-cı illər ərzində “113” xidmətinin dispetçer mərkəzinə yol-nəqliyyat hadisələri ilə bağlı 9 394 müraciət qəbul edilib. Bu hadisələr zamanı 12 223 zərərçəkənə tibbi xidmət göstərilib, onlardan 7 866 nəfər (64%) xəstəxanaya yerləşdirilib.
Tədbirdə ölkəmizdə yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərin sayının azalma tendensiyası rəqəmlərlə izah olunub. Bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında yol qəzaları ilə bağlı 794 müraciət qeydiyyata alınıb ki, bu da keçən ilin analoji göstəricisindən 15% azdır. Bu hadisələrdə 1140 nəfər zərərçəkən olub ki, bu, keçən ilki analoji göstəricidən 7% aşağıdır. Zərərçəkənlərin 758 nəfəri (66%) xəstəxanaya yerləşdirilib.
Toplantıda yol-nəqliyyat hadisələri ilə bağlı ən çox çağırış olunan bölgələrin də adı açıqlanıb. Belə ki, Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə yol-nəqliyyat hadisələri və müvafiq olaraq çağırışlar daha çox olub.
2016-cı ilin yanvar ayından noyabr ayınadək Bakıda yol qəzalarında xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil edib.
BŞTTTYS-nın 21 bölməsi üzrə aparılan araşdırmalar göstərir ki, paytaxtda yol-nəqliyyat qəzaları daha çox Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi yüksək sürətli avtomagistrallarda, günün pik saatlarında baş verir. İstirahət və bayram günlərində əhalinin kütləvi şəkildə şəhərdən çıxması və sonra geri qayıtması bu yollarda nəqliyyat vasitələrinin sayının artmasına səbəb olur ki, qəzalar da daha çox həmin vaxtlarda baş verir.
Natiqlər qeyd ediblər ki, qəzalar zamanı çağırışı icra edən təcili yardım briqadaları zərərçəkənlərin aldıqları xəsarətin ağırlıq dərəcəsini nəzərə alır, vəziyyəti çox ağır olanları ilk növbədə hospitalizasiya etməklə həmin şəxsin əlil olmamaq və həyatda qalmaq şanslarını artırır. Vurğulanıb ki, ürək-ağciyər reanimasiyasını – ürəyin qapalı masajı və süni tənəffüs verilməsini mükəmməl bilən digər şəxslər də zərərçəkənə yardım edə bilərlər, lakin reanimasiya və ya ilkin yardım qaydalarını düzgün bilməyənlər istəmədən zərərçəkənə ziyan vura və ya vəziyyətinin ağırlaşmasına, hətta əlil qalmasına və ölməsinə səbəb ola bilərlər.
Tədbirdə həmçinin vurğulanıb ki, yol-nəqliyyat hadisələri zamanı çağırışı icra edən təcili yardım briqadaları zərərçəkənləri xəstəxanaya tez çatdırmağa çalışaraq işıq və səs siqnallarından istifadə edirlər, buna baxmayaraq, bəzi sürücülər təcili yardım avtomobillərinə yol vermir, bununla da hospitalizasiyanın ləngiməsinə, zərərçəkənlərin vəziyyətinin ağırlaşmasına səbəb olurlar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova