Sizin Reklam Burada!

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr – Vətən müharibəsinin başlandığı gün ölkəmizdə Anım Günü kimi təsis edilib.
Budəfəki Anım Günündə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib.
Nazirliyin mətbuat xidməti xəbər verir ki, ziyarət iştirakçıları xatirə daşının önünə gül dəstələri qoyaraq, Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
44 gün davam edən Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində mühüm və şərəfli mərhələlərdən birini təşkil edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq, xalqımızın həmrəyliyi və dövlətimizin qətiyyətli mövqeyi nəticəsində ərazi bütövlüyümüzün bərpasına aparan tarixi Zəfər əldə olunub.
Vətən müharibəsində hərbi qulluqçularımızla yanaşı, yaralanan şəxslərin həyatının xilas edilməsi, onların müalicəsi və sağlamlıqlarının bərpası istiqamətində tibb işçiləri də böyük fədakarlıq göstəriblər. Həkim və tibb personalının yüksək peşəkarlığı, insan həyatına məsuliyyətli yanaşması və çətin şəraitdə nümayiş etdirdiyi həmrəylik Azərbaycan səhiyyəsinin tarixində xüsusi yer tutur.
Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına səbir diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət etsin!






Xəbəri paylaş


SENTYABR-2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova