Sanator-Kurort Reabilitasiya Mərkəzində qazilərimizə bir çox xidmətlər göstərilir

Sanator-Kurort Reabilitasiya Mərkəzində qazilərimizə bir çox xidmətlər göstərilir

Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov onlayn müsahibə verərək, Vətən müharibəsi qazilərinə göstərilən xidmətlər haqqında danışıb.

- Buzovna Reabilitasiya Mərkəzi nə vaxtdan fəaliyyət göstərir?
- Buzovnada yerləşən, ən müasir tələblərə cavab verən Sanator-Kurort Reabilitasiya Mərkəzi Prezident İlham Əliyevin göstərişi ilə Səhiyyə Nazirliyi tərəfindən tikilib və nazirlik tərəfindən yüksək keyfiyyətli avadanlıqlar və böyük praktikaya sahib olan tibbi personal ilə təmin olunub.
Mərkəz 2020-ci il noyabrın 14-dən, yəni fəaliyyətə başladığı gündən Birinci-vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda şücaət və qəhrəmanlıq göstərən Vətən müharibəsi qazilərinin istifadəsinə verilib.

- Mərkəzdə neçə nəfər sağalaraq evə buraxılıb və neçə nəfər hazırda müalicə alır?
- Fəaliyyətimizin çox qısa zaman olmasına baxmayaraq, 200-dən çox qazimizə xidmət göstərmişik, bunlardan yüz nəfərdən çoxu müalicələrini bitirdikdən sonra öz ailəsinə və ya xidməti yerinə yola salınıb. Hazırda səhiyyə ocağımızda 70-ə yaxın qazimiz müalicə alır.

- Reabilitasiya Mərkəzində qazilərə hansı xidmətlər təqdim olunur?
- Sanator-Kurort Reabilitasiya Mərkəzində qazilərimizə bir çox müalicə və reabilitasiya xidmətləri göstərilir. Bunlardan bir neçəsini qeyd edə bilərəm. Nevroloji və psixoloji müalicələr, fizioterapiya, balneoterapiya, hidromasaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, nitq qüsurları varsa, loqoped xidməti və s. Onu da qeyd edim ki, mərkəz qazilərin reabilitasiyasında istifadə olunan ortopedik vasitələr və geniş spektrli “Giger” adlı cihazla təmin edilib.

- Sizə ən çox hansı şikayətlərlə müraciət olunur?
- Mərkəzimizə əsasən kəllə-beyin, onurğa-beyin travmaları, dayaq-hərəkət və periferik sinir sisteminin zədələnmələrindən sonrakı vəziyyət diaqnozları (paraplegiya, monoplegiya, tetraplegiya və müxtəlif növ kontrakturalar) ilə pasiyentlər göndərilir. Bu diaqnozlar içərisində əsasən periferik sinir sisteminin travmaları üstünlük təşkil edir. Belə ki, qazilərimizdə nevrotik pozulmalar və psixoloji travmalar daha çox müşahidə olunur. Buna görə Sanator-Kurort Reabilitasiya Mərkəzində göstərilən xidmətlər içərisində nevropatoloqun və psixoloqun müalicəsinə xüsusi önəm verilir.
Qürurla deyə bilərəm ki, müalicə kursu ərzində qazilərimizin psixoloji durumunda maksimum yaxşılaşma əldə olunur.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova