ÜST rəhbəri: “Koronavirusa tam qalib gəlmək üçün tək vaksin kifayət etmir”

ÜST rəhbəri: “Koronavirusa tam qalib gəlmək üçün tək vaksin kifayət etmir”

Koronavirus pandemiyasına son qoymaq üçün təkcə peyvənd kifayət deyil. Təhlükəsizlik tədbirlərinin görülməsi, kütləvi testlərin aparılması və yoluxanlarla təmasda olanların yoxlanması əvvəlki kimi çox vacibdir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Gebreyesus “Moderna” şirkətinin istehsal etdiyi vaksinlərin effektivliyini müzakirə edərkən bildirib.
Dünya mətbuatında gedən məlumatlara görə, Amerikanın “Moderna” şirkətinin ekspertləri tərəfindən yaradılmış peyvəndin üçüncü, yəni sonuncu, klinik sınaq mərhələsi zamanı onun effektivliyinin 94,5 faiz təşkil etdiyi məlum olub. Sınaqlar zamanı 95 nəfərin koronavirusa yoluxması səbəbindən onlara peyvənd əvəzinə plasebo təyin edilib. Xəstəliyi ağır formada keçirən 11 nəfərin hamısının nəzarət qrupunda olan, yəni plasebo təyin olunmuş pasiyentlərdən ibarət olduğu bildirilir.
Xatırladaq ki, bundan əvvəl “Pfizer” şirkəti “BioNTech” adlı alman firması ilə birgə hazırladığı vaksinin müsbət təsirə malik olduğunu bəyan etmişdi.
Doktor Tedros həmçinin bildirib ki, klinik sınaqlar başa çatandan və vaksin bazara çıxarılandan sonra da ona qarşı məhdudiyyət qoyulacaq: “Təklifə əvvəldən məhdudiyyət tətbiq ediləcək. Üstünlük, ilk növbədə, tibb işçilərinə, qocalara və risk qrupuna daxil olan digər kateqoriyadan olanlara veriləcək. Bu, ölüm hallarının sayını azaltmağa və səhiyyə sistemini dəstəkləməyə imkan verəcək”.
ÜST rəhbəri deyib ki, vaksinlərin effektivliyi ilə bağlı xəbərləri “ehtiyatlı nikbinliklə” qəbul edir: “Hazırda vəziyyət bir çox ölkələrdə ürəkaçan deyil. Bəzi ölkələrdə xəstələrin sayının artması bizi çox narahat edir. Avropada, Cənubi və Şimali Amerikada səhiyyə sistemləri və tibb işçiləri bu sahədə daha çox çalışırlar”, - deyə doktor Tedros vurğulayıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova