Professor İsmayıl Məmmədovun 100 illik yubileyi keçirilib

Professor İsmayıl Məmmədovun 100 illik yubileyi keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi İsmayıl Məmməd oğlu Məmmədovun 100 illik yubileyi qeyd edilib.
Yubiley tədbirində çıxış edən ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev yubilyarın həyat və fəaliyyəti ilə bağlı geniş söhbət açıb. O, professor İ.Məmmədovun bir alim, ziyalı kimi Azərbaycanda çoxsaylı gənc alimlərin yetişməsində müstəsna rolundan danışıb.
Sonra I Cərrahi xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov görkəmli alimin keçdiyi həyat yolundan, elmi və həkimlik fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib.
Professorlardan Çingiz Quliyev, Saday Hənifəyev, dosentlərdən Rəfael Mehdiyev, Səxavət Əliyev də alimlə bağlı maraqlı xatirələrini danışıb, onun keçdiyi həyat yolunun gənclərə örnək olduğunu xüsusi vurğulayıblar.
Sonda yubilyarın qohumu Əli Həsənov tədbirin təşkili üçün Səhiyyə naziri Oqtay Şirəliyevə, ATU-nun rəhbərliyinə, əməyi keçən hər kəsə, eləcə də iştirakçılara professor İ.Məmmədovun ailəsi və qohumları adından dərin minnətdarlığını bildirib. Tədbirdə çıxış edənlər alimin parlaq xatirəsinin yaxınlarının, tələbələrinin, müəllim kollektivinin qəlbində daim yaşayacağını söyləyiblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova