Qusar RMX-da media-tur keçirilib

Qusar RMX-da media-tur keçirilib

Bu günlərdə Qusar Rayon Mərkəzi Xəstəxanasında (RMX) əhaliyə göstərilən tibbi xidmət, tibb ocağının mövcud imkanları, eləcə də kadr potensialı ilə tanışlıq məqsədilə media-tur təşkil olunub. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən media-tur çərçivəsində jurnalistlər xəstəxananın bölmələrini gəziblər.
Qusar RMX-nın baş həkimi Mübariz Zeynalov onlara müəssisəsinin fəaliyyət imkanları haqqında ətraflı məlumat verib: “170 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanasının təməli 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Tibb müəssisəsinin ərazisində əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər şöbəsinin binalarından əlavə, 12 müxtəlif yardımçı tikili və qurğu inşa olunub. Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilib. 2012-ci ildə Prezident İlham Əliyev Qusar Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Səhiyyə ocağında şüa-diaqnostika, qəbul, təcili tibbi yardım, poliklinika, doğum, ginekologiya, pediatriya, terapiya, cərrahiyyə, anesteziologiya-reanimasiya şöbələri, qadın məsləhətxanası, əməliyyat bloku yaradılıb. Qusar RMX-da quraşdırılan ən müasir tibbi cihazlar, avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir”.
Baş həkim bu müasir tibb müəssisəsinin yalnız Qusar sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərdiyini diqqətə çatdırıb.
Tur çərçivəsində Qusar RMX-da yeni doğulmuş 10 körpəyə doğum haqqında şəhadətnamələr təqdim olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova