Səhiyyə naziri jurnalistlərə açıqlama verib

Səhiyyə naziri jurnalistlərə açıqlama verib

Səhiyyə naziri Teymur Musayev mətbuat nümayəndələrinin ona ünvanladıqları bir sıra sualları cavablandırıb.
AZƏRTAC xəbər verir ki, səhiyyə naziri jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin qəzalı və əsaslı təmirə ehtiyacı olan bütün tibb müəssisələrini siyahıya alaraq investisiya layihəsinə daxil etdiyini söyləyib. Nazir bildirib ki, vəsait ayrıldıqca Səhiyyə Nazirliyi həmin müəssisələri təmir edib, aidiyyəti üzrə təhvil verir.
Jurnalistin plastik cərrahiyyə ilə bağlı sualına cavab verərkən Teymur Musayev bildirib ki, hazırda Azərbaycanda plastik və estetik əməliyyatları həyata keçirməyə icazəsi olan 45 həkim var. Onların siyahısı dərc olunub. İlbəil onların sayı arta bilər. Çünki rezidenturanı bitirən, xaricdə təhsil alıb qayıdan həkimlər var.
Nazirin sözlərinə görə, ölkədə plastik rekonstruktiv və estetik cərrahiyyə üzrə iki mərkəz yaradılıb. “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində xüsusi şöbə yaradılıb. O şöbə tam olaraq kadrlarla təmin edilib və ən müasir avadanlıqlarla təchiz olunub. Həmçinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləṣdirmə İnstitutunun kliniki bazası olan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası əsaslı təmin olunub. Yaxın günlərdə onun açılışı nəzərdə tutulur”.
Teymur Musayev həmçinin məlumat verib ki, özəl sektorda onkoloji xidmət göstərmək və bu icazəni almaq üçün xüsusi qaydalar, tələblər hazırlanıb. Səhiyyə naziri bu tələblərin çox ciddi olduğunu deyib: “Yalnız ən yüksək tələblərə cavab verən müəssisələrə həmin lisenziya veriləcək", - deyə Teymur Musayev qeyd edib.


Xəbəri paylaş



Fevral 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova