Davamlı tibb təhsili üzrə görülən işlər müzakirə olundu

Davamlı tibb təhsili üzrə görülən işlər müzakirə olundu

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) davamlı tibbi təhsil sahəsində ölkəmizdə görülən işlərə həsr edilmiş tədbir keçirilib.
Toplantıda səhiyyə naziri Oqtay Şirəliyevin “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” Əmr imzalaması diqqətə çatdırılıb, qeyd edilib ki, bu sənəd Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndi rəhbər tutulmaqla hazırlanıb.
Tədbirdə çıxış edən ADHTİ-nin rektoru, professor Nazim Qasımov, prorektor Təyyar Eyvazov və Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova qeyd ediblər ki, həmin Əmrə əsasən, tibbi təhsil prosesinin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə “Həkimlərin bilik və vərdişlərinin təkmilləşdirilməsinə dair müvəqqəti qaydalar” təsdiq olunub, səlahiyyətli şəxslərə və qurumlara, səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə öz işlərində bu qaydaları əsas tutmaları barədə müvafiq tapşırıqlar verilib. Bundan əlavə, ADHTİ-nin Sinir xəstəlikləri, Anesteziologiya və reanimatologiya, Mikrobiologiya və epidemiologiya, Otorinolarinqologiya və Kardiologiya kafedralarında 2017/2018-ci tədris ilindən başlayaraq pilot layihəsi üçün təhsilin təkmilləşdirilməsi proqramları və kurslarının təşkil edilməsi barədə tapşırıq da Əmrdə öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, davamlı tibbi təhsil sisteminin tətbiqinin əsas məqsədi əhaliyə yüksək keyfiyyətli tibb xidmətləri göstərilməsini təmin etməkdir. Qeyd edilib ki, elmin və səhiyyənin sürətli inkişafı ilə əlaqədar həkimlərin bilik və vərdişlərinin səviyyəsinin artırılması çox vacibdir. Fasiləsiz tibbi təhsil sistemi həkimlərin peşəkarlığını və onların məsuliyyətini artırmağa imkan verəcək.
Çıxış edənlər bildiriblər ki, praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş davamlı tibbi təhsil ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir. Bu təhsil təkmilləşdirmə kursları və toplanma sistemi metodlarından birgə, yaxud ayrılıqda istifadə edilməklə həyata keçirilir, onun zəruri miqdarı davamlı tibbi təhsil kreditləri vasitəsilə hesablanır. Sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla, minimum 240 kredit toplamalıdır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova