MERS-CoV əleyhinə vaksinin ilk sınağı uğurlu olub

MERS-CoV əleyhinə vaksinin ilk sınağı uğurlu olub

Son illər virusoloqlar dünya səhiyyəsi qarşısına ciddi problem kimi çıxan Yaxın Şərq respirator sindromlu koronavirusu MERS-CoV əleyhinə vaksin yaratmaq üçün tədqiqatlar aparır, təcrübələr keçirirlər. Bu yaxınlarda vaksinin insanabənzər meymunlar üzərində ilk sınağı uğurla nəticələnib.
MERS-CoV ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb. Ötən 3 il ərzində virusa 1142 yoluxma hadisəsi baş verib, onlardan 465-i ölümlə nəticələnib.
Koronavirusdan ölüm göstəricisinin belə yüksək olması tədqiqatçıları ona əlac etmək üçün təcili araşdırmalar aparmağa sövq edib. MERS əleyhinə vaksin üzərində çalışan Amerika alimləri ilk növbədə bu ölümcül virusa qarşı siçan və meymunlarda immunitet yaratmağa nail olublar. Tədqiqat zamanı JordanN3 virusunun ştammından istifadə edilib. Diqqətəlayiqdir ki, tarixdə ilk dəfə olaraq alimlər virusu tək daxildən deyil, həm də xaricdən hədəfə alan anticisim hazırlamağa müvəffəq olublar.
Vaksin şimpanze meymunu və dəvələr üzərində sınaqdan keçirilib. Peyvənd vurulan üç dəvədən ikisinin orqanizmində MERS-i müvəffəqiyyətlə məhv edən anticisimlər yaranmağa başlayıb.
Vaksinasiya olunan şimpanzelər daha ümidverici nəticələr nümayiş etdirib. Eksperimentə cəlb olunan bütün heyvanlar salamat qalıb, 8 həftə sonra isə koronavirus tamamilə məhv olub.
Vaksinin insanabənzər meymunlarda sınaqlarından əldə edilən nəticələr belə deməyə əsas verir ki, onun tətbiqi ilə MERS-CoV-yə yoluxma riskini aşağı salmaq mümkün olacaq.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova