BMT COVID-19 pandemiyası fonunda ölkələri “açıq elm” prinsipini təşviq etməyə çağırır

BMT COVID-19 pandemiyası fonunda ölkələri “açıq elm” prinsipini təşviq etməyə çağırır

“Belə çətin günlərdə səhiyyə sahəsindəki yeni texnologiyalar və elmi kəşflər azlığın sərvəti ola bilməz. Onlar hamı üçün əlçatan olmalıdır”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus bəyan edib.
COVID-19 pandemiyası baxımından “açıq elm” ideyasını dəstəkləmək məqsədilə BMT-nin bir neçə agentliyinin rəhbərləri ortaq mübarizəyə çağırış ediblər.
Konsepsiyanın əsas mahiyyəti elmi fəaliyyətin şəffaflığına nail olmaq, elmi tədqiqatlardan və məlumatlardan hamının yararlana bilməsi üçün şərait yaratmaqdır.
“Əgər qabaqcıl texnologiyalardan onlara ən çox ehtiyacı olanlar istifadə edə bilmirlərsə, onda onlar nəyə lazımdır? Adətən gizli saxlanılan və ya intellektual mülkiyyət qanunları ilə qorunan məlumatların və informasiyaların mübadiləsi texnologiyanın inkişafını əhəmiyyətli dərəcədə sürətləndirə bilər”, - deyə ÜST baş direktoru söyləyib.
UNESCO-nun baş direktoru Odre Azulenin fikrincə, koronavirusun qlobal pandemiyası ilə mübarizə kontekstində elmi informasiyaya ümumi çıxışın təmin edilməsi zəruridir. “Məsələ ilə bağlı dünyanın elmi ictimaiyyətinin nümayəndələri tərəfindən göstərilən həmrəylik təşəbbüsü gələcəyin davranış modelidir”, - deyə Azule bəyan edib. O həmçinin söyləyib ki, pandemiyaya qədər elmi tədqiqatların yalnız dörddəbiri ictimaiyyətə çatdırılıb, milyonlarla alim isə həmkarlarının işləri ilə tanış ola bilməyib. “Bu gün elmi fəaliyyətin qapalı modelləri artıq aktual deyil, çünki onlar ölkələr və alimlər arasında bərabərsizliyin artmasına gətirib çıxarır, elmi tərəqqi isə azlığın sərvəti olaraq qalır”, - deyə UNESCO-nun başçısı əlavə edib.
Onun sözlərinə görə, ölkələr üçün elmi informasiya mübadiləsi üzrə tövsiyələri özündə birləşdirən beynəlxalq sənədin ilk layihəsi UNESCO-da artıq işlənib hazırlanıb. Son versiyanın 2021-ci ilin axırınadək dövlətlər tərəfindən qəbul ediləcəyi gözlənilir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet isə öz növbəsində bildirib ki, qlobal pandemiya şəraitində elmi məlumat və texnologiyalarla mübadilə insan hüquqları məsələsidir. “İctimai səhiyyənin əsas prinsiplərindən biri ictimaiyyətlə tam və açıq qarşılıqlı əlaqənin yaradılmasıdır”, – deyə o bildirib.
Baçelet vurğulayıb ki, pandemiya şəraitində elmi faktları inkar etmək və elmi əsaslandırılmış siyasi qərarları qəbul etməkdən imtina etmək cəhdləri əhali üçün fəlakətli nəticələrə gətirib çıxarıb. O həmçinin dünyanın bütün sakinləri üçün koronavirus haqqında məlumatlara pulsuz giriş əldə etmək məqsədilə ÜST və "Vikipediya" arasında razılaşmanın əldə olunmasını alqışlayıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova