İnsulini inhalyasiya ilə qəbul etmək olar

İnsulini inhalyasiya ilə qəbul etmək olar

Son illərdə insulinin istehsal texnologiyası xeyli yaxşılaşıb, onu qəbul etmək üçün yeni istifadə üsulları tətbiq edilib. Diabetin idarə olunması sahəsində ən yeni və maraq doğuran nailiyyətlərdən biri inhalyasiya insulinidir.
Qısa müddətə təsir edən bu inhalyasiya insulini “Afrezza” adlanır. Dünyada birinci tip diabet xəstəsi olan bir çox insan artıq onu əldə etmək imkanına malikdir. Preparat içində insulinin çox kiçik nanohissəcikləri olan balaca kartriclər şəklində istehsal edilir. Nəfəs alarkən bu hissəciklər sürətlə ağciyərlərə çatdırılır, orada, demək olar ki, dərhal qana sorulur, beləliklə, qanda qlükozanın yüksək səviyyəsi ilə əlaqəli problemləri çox sürətlə yüngülləşdirir. İnhalyasiya yolu ilə alınan insulin qan dövranına düşdükdən sonra inyeksiya yolu ilə vurulan insulin kimi təsir edir.
Yeni insulin preparatını qəbul etmək daha asan və az ağrılıdır. Üstəlik, uzun illər iynə vurmağa məcbur olan pasiyentlərdə çapıq toxumanın əmələ gəlməsi zamanı onlar insulinin sorulması problemi ilə üzləşirlər ki, inhalyasiya insulini bu problemi həll edir.
Əczaçı və diabet üzrə müəllim Stefani Redmond deyir: "Mən tez-tez gündə bir neçə insulin inyeksiyası edən pasiyentlərlə görüşürəm. Onlar gündə 3-7 və daha artıq iynə vururlar. Nəticədə, davamlı olaraq inyeksiya edilən yerdə bütün qarın boyu çapıq toxuması əmələ gəlir. Oraya insulin vurulduqda o sorulmur, təsir etmir və xəstə yemək yedikdən sonra qanda şəkər yüksək olaraq qalır. Buna görə inhalyasiya insulininə keçmək bu xəstələrə böyük köməkdir".
İnsulinin yeni qəbul üsulu heç də həmişə inyeksiyadan daha yaxşı təsir etmir, lakin daha az ağrılı bu seçim müntəzəm inyeksiya nəticəsində yaraların qarşısını alır, bəzi xəstələri insulin pompası daşımaq narahatlığından azad edir.
Yəqin ki, inhalyasiya insulini hər kəsə uyğun deyil, amma, əlbəttə ki, bəzi xəstələr ondan iynə vurmağa fasilə kimi, digərləri problemlərinin uzunmüddətli həlli kimi istifadə edə bilər. Şəkər xəstəliyinin çox yayıldığı indiki dövrdə belə bir seçimin olması çox yaxşıdır.
Afrezza ABŞ-ın FDA Qida və Dərmanlara Nəzarət Agentliyi tərəfindən təsdiqlənib və böyüklər üçün istifadəsinə icazə verilib. Hazırda preparatın 8-12 yaş arası uşaqlar üçün klinik sınaqları keçirilir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova