Ana südü uşaqları daha ağıllı edirmiş
Ana südü ilə qidalanan uşaqlarla bağlı maraqlı nəticə əldə edilib. Türkiyə mətbuatının verdiyi məlumata görə, 1300 qadın və uşağın illər boyu davranış və inkişaf sxemi araşdırılıb. Uşaqlar 3 yaşına çatanda onlara dil testi keçirilib. Tədqiqatçılar müəyyənləşdiriblər ki, körpə ikən 6 ay boyunca ana südü ilə bəslənən uşaqlar ana südünü heç qəbul etməyənlərdən 3 bal yüksək nəticə göstəriblər. Üzərində müşahidə aparılan uşaqlar 7 yaşına çatanda İQ testindən də keçiriliblər. Bir il boyunca ana südü ilə bəslənən körpələr ana südü verilməyənlərlə müqayisədə 4 bal yüksək nəticə göstəriblər.
Tədqiqatçılar bildirirlər ki, bütün digər bərabər şərtlər daxilində əgər körpələrdən biri digərindən 1 ay artıq ana südü ilə qidalanıbsa, bu onun zəka göstəricisinə orta hesabla 1/3 bal təsir edir.