Arıqlamaq istəyirsinizsə, qabı düz seçin!

Arıqlamaq istəyirsinizsə, qabı düz seçin!
Alman mütəxəssislər müəyyən ediblər ki, qabın rəngi iştahaya və qidanın mənimsənilməsinə təsir edir. Onların həyata keçirdiyi tədqiqatın nəticələrinə görə, qırmızı rəngli boşqablar toxluq hissinin yaranmasına kömək edərək, yeməyin porsiyasını 40 faizədək azaltmağa imkan verir.
Aparılan təcrübələr sübut edib ki, eksperimentdə iştirak edən könüllülər göy fincanlarla müqayisədə qırmızı fincanlardan 2 dəfə az çay içiblər. Qırmızı, göy və ağ boşqablarda verilən şirniyyatlar isə qırmızı qablardan o birilərindən 30 % az yeyilib.
Qırmızı insanda qorxu və həyəcan hissi yaradan ən aqressiv rəng sayılır. O, qadağa rəngi olduğuna görə, insan şüuraltı səviyyədə artıq nə isə yeməyə qorxur.
Alimlər əmindirlər ki, qırmızı qabların köməkliyi ilə çox yemək və alkoqolizm kimi zərərli adətlərlə mübarizə aparmaq mümkündür.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova