Həyatı uzatmağın yolları

Həyatı uzatmağın yolları
Cenevrənin Universitet hospitalının alimləri dünyanın müxtəlif yerlərində tədqiqatçıların apardığı araşdırmalara əsaslanaraq, həyatı uzatmağın 30 vasitəsini müəyyən ediblər. Hazırda Avropada geniş müzakirələrə səbəb olmuş bu yolların ən təsirli hesab edilənlərini oxuculara təqdim edirik:
1. Yazını tərsinə, başaşağı oxuyun, beyninizi müxtəlif çətin tapşırıqlarla işlədin, krossvord həll edin, şeir əzbərləyin. İngiltərədə həyata keçirilmiş tədqiqatlar sübut edib ki, əqli əməklə məşğul olanlar arasında vaxtsız ölüm göstəricisi 4 (!) dəfə aşağıdır.
Həyatı uzatmağın yolları
2. Yeməklərinizə pomidor qatın. Gündəlik qida rasionuna kaliumla zəngin olan pomidor əlavə olunduqda ürək-damar xəstəlikləri riski 30% azalır.
3. Ailənizlə mehriban olun. Qohumlarınızla mütəmadi ünsiyyətdə olmağa çalışın. Harvard Tibb Məktəbinin ekspertlərinin fikrincə, qan qohumları ilə əhatə olunmaq təzyiqi normallaşdırır, həmçinin alkoqolizmlə mübarizədə kömək edir.
4. Ailə qurun. İtaliya alimlərinin 20 ildən artıq sürən araşdırması göstərib ki, evli kişilər subaylardan, orta hesabla, 3 il çox yaşayır.
5. Qəfil səksəndirən zəngli saatlardan, səsi "beyinə işləyən" fitli çaydan, taymer və s. kimi "sakitlik düşmənlərindən" canınızı qurtarın. Yaponiyada həyata keçirilmiş tədqiqatlara görə, qəfil bərk səs yüksək qan təzyiqi olan adamlarda ürək tutması riskini artırır.
6. Çörəyin qabığını yeyin. Onun tərkibində xərçəng əleyhinə antioksidant olan pronillizin çörəyin içinə nisbətən 8 dəfə çoxdur.
7. İctimai fikirdən asılı olmayın. Alman alimlərinin tədqiqatlarına əsasən, əgər siz ətrafdakıların sizin barənizdə nə düşünməsi ilə bağlı həyəcanlanmasanız, daha çox yaşayarsınız.
8. Dinə yaxınlaşın. Etiqad həm də psixoloji rahatlıq gətirir. Britaniyalı alimlər apardıqları araşdırma nəticəsində bəyan ediblər ki, dindar adamlar streslərə daha davamlıdırlar, çünki həyatın çətinliklərini daha pozitiv və rahat qəbul edirlər.
9. Ev heyvanı saxlayın. Müxtəlif ölkələrdə alimlərin apardığı təcrübələr sübut edir ki, evdə it və pişik saxlayanlar streslərə daha davamlıdırlar. Üstəlik, bu, qan təzyiqinin də normallaşmasına kömək edir.
Həyatı uzatmağın yolları
10. Şokolad yeyin. Harvard Tibb Məktəbində aparılmış tədqiqatlar göstərib ki, həddini aşmadan təmiz şokolad yeyən insanlar konfet xoşlayanlara nisbətən çox yaşayır. Təmiz şokoladın tərkibində olan polifenollar xərçəng və ürək xəstəliklərinin inkişaf etməsinin qarşısını alır.
11. Öyrənin. Yeni dil öyrənməyə başlayın, müsiqi alətində çalmaq öyrənin. Yaşı yüzü keçmiş bir çox ahıllar deyirlər ki, uzunömürlülüyə görə onları ölüm haqqında fikirlərdən çəkindirən yeni maraqlarına borcludurlar.
12. Klassik musiqi dinləyin. Oksford Universitetində aparılan tədqiqatlar sübut edib ki, məsələn, Bethovenin musiqisi əzələlərin gərginliyini aradan qaldırır və qan təzyiqini aşağı salır.
13. Günəşlə "dostlaşın". Dəri xərçəngindən qorunmaq üçün qızmar günəş altına çıxmasanız da, digər vaxtlarda gündə olun. O, diabet riskini azaldır və depressiya ilə mübarizədə kömək edir. Depressiya isə, məlumdur ki, bir çox ölümcül xəstəliklərin "mexanizmini işə salır".
Həyatı uzatmağın yolları
14. Rəqs edin. Bu həm fiziki hərəkətlər, həm də xoş əhval-ruhiyyə deməkdir. Fransa alimlərinin fikrincə, uzunömürlülük üçün ən faydalı rəqs salsadır. O, onurğa sütununu möhkəmləndirir, ağciyərləri inkişaf etdirir, hətta astmadan xilas olmağa kömək edir.
Ömrünüz uzun olsun!





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova