Sizin Reklam Burada!

Birinci Avropa Oyunları zamanı ATU-nun tələbələri qonaqlara ilkin tibbi xidmət göstərəcək

Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurslarında təhsil alan 400 tələbəsi “Bakı – 2015” ilk Avropa Oyunları zamanı idmançılara və qonaqlara könüllü ilkin tibbi xidmətlər göstərəcək. Bununla bağlı olaraq onlara günvurma və zədələnmələr zamanı ilkin tibbi yardımlara dair nəzəri və təcrübi təlimlər də keçilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasında 3 ay ərzində keçirilən treninqlər artıq başa çatıb. Ümumilikdə isə, yarışların keçiriləcəyi bütün məkanlarda universitetin 1000-dək tələbəsi

29-05-2015, 12:57

“Qan ver, yaşat!”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Qızıl Aypara Cəmiyyəti AMEA bölməsinin təşəbbüsü, MEK və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilati dəstəyi ilə “Qan ver, yaşat!” devizi altında könüllü qanvermə aksiyası keçirilib. Qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək etmək məqsədi daşıyan aksiyada başda MEK-in direktoru Leyla İmanova olmaqla kitabxananın kollektivi, eləcə də AMEA-nın digər elmi müəssisələrinin əməkdaşları könüllü iştirak

29-05-2015, 12:56

Ulu öndərin doğum günü elmi konfransla qeyd edildi

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə gənc alimlərin və həkim-rezidentlərin elmi-praktiki konfransı keçirilib. Tədbirin açılışında institutun rektoru, professor Nazim Qasımov ulu öndərin həyat yolundan, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyi dövrünü “Azərbaycan tarixinin ən parlaq səhifələri”

29-05-2015, 12:40

Tədris Terapevtik Klinikasında pulsuz müayinə həftəsi keçirildi

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş pulsuz müayinə həftəsi keçirilib. Aksiyada Mərkəzin 4 yüksək ixtisaslı həkim-kardioloqu, 3 rezident-kardioloqu və peşəkar tibb bacıları müraciət edən xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstəriblər. Mayın 10-dan 16-dək davam edən aksiyada ümumilikdə 300-dən çox pasiyent müayinə olunub. Xəstələr onlar üçün belə imkan yaradan və

29-05-2015, 12:39

“Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi

Dünyanın tanınmış kardioloqları Bakıda toplaşdılar Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi keçirilib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə keçirilən tədbirdə 450-dən artıq tibb mütəxəssisi, o cümlədən dünyanın 24 ölkəsinin tanınmış 70 kardioloqu iştirak edib. Toplantıda əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma

29-05-2015, 12:37

Gəncədə pediatriya üzrə elmi-praktik konfrans keçirildi

“Yeni doğulan körpələrin düzgün qidalandırılması geniş müzakirələr tələb edən aktual məsələdir. Bu gün uşağın ana südü ilə bəslənməsi gələcəkdə onun sağlamlığı və gümrahlığı üçün əsas baza hesab olunur. Buna görə də biz həkimlər hamilə analarla bu barədə mütəmadi söhbətlər aparmalı və onları maarifləndirməliyik”. Bu fikirlər Gəncə Şəhər Səhiyyə İdarəsində “Pediatriyanın aktual problemləri” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib. Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər

29-05-2015, 12:33

“Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresinin iştirakçılarına

Hörmətli konqres iştirakçıları! Sizi – müxtəlif ölkələrdən “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresinə gəlmiş alimləri səmimi qəlbdən salamlayır və insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirəm. Ümidvaram ki, kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında artıq özünəməxsus yeri olan ənənəvi Bakı konqresi müasir təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfəsini verəcəkdir. Ölkəmizdə davamlı surətdə

29-05-2015, 12:27

Dövlət başçısı BMDTU-nun rektoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Pyotr Qlıboçkonu qəbul edib. Professor P.Qlıboçko Bakıda gedən çox böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, ölkəmizin müvafiq strukturları ilə əməkdaşlığa toxunaraq, rəhbərlik etdiyi təhsil ocağında xeyli sayda azərbaycanlı tələbənin uğurla təhsil aldığını qeyd edib. Prezident

29-05-2015, 12:22

M.C.Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası üçün tibb kadrlarının hazırlanması və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 aprel 2015-ci il.

29-05-2015, 12:09

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini, Elmi Tədqiqat Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru Məmmədbağır Cavad oğlu Əliyevə

Hörmətli Məmmədbağır Cavad oğlu! Sizi, müasir təbabət sahəsində tanınmış alimlərdən birini 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyirəm. Siz həkimlik fəaliyyətinə Azərbaycanda başlamış, sonra Rusiyanın görkəmli alimlərinin rəhbərliyi ilə gözəl elmi məktəb keçmisiniz. Sizin Əməkdar Elm Xadimi, Dövlət Mükafatı Laureatı, Rusiya Federasiyası Hökuməti Mükafatı Laureatı kimi yüksək adlar almağınız, habelə Rusiya Elmlər Akademiyasına

29-05-2015, 12:08



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova