Tədris Terapevtik Klinikasında pulsuz müayinə həftəsi keçirildi
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş pulsuz müayinə həftəsi keçirilib.
Aksiyada Mərkəzin 4 yüksək ixtisaslı həkim-kardioloqu, 3 rezident-kardioloqu və peşəkar tibb bacıları müraciət edən xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstəriblər.
Mayın 10-dan 16-dək davam edən aksiyada ümumilikdə 300-dən çox pasiyent müayinə olunub.
Xəstələr onlar üçün belə imkan yaradan və aksiyanı həyata keçirən hər kəsə, xüsusilə həkimlərə və digər tibb işçilərinə minnətdarlıqlarını bildiriblər.