“Qan ver, yaşat!”

“Qan ver, yaşat!”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Qızıl Aypara Cəmiyyəti AMEA bölməsinin təşəbbüsü, MEK və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilati dəstəyi ilə “Qan ver, yaşat!” devizi altında könüllü qanvermə aksiyası keçirilib.
Qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək etmək məqsədi daşıyan aksiyada başda MEK-in direktoru Leyla İmanova olmaqla kitabxananın kollektivi, eləcə də AMEA-nın digər elmi müəssisələrinin əməkdaşları könüllü iştirak ediblər.
Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadasının həkim-hematoloqları öncə qan analizi götürərək hər bir donorun sağlamlığını müəyyənləşdiriblər. Sonra isə qan köçürülmələrinə başlanılıb.
Qızıl Aypara Cəmiyyəti AMEA bölməsinin sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Ceyran Nağıyeva bildirib ki, bu cür aksiyalar həm qana ehtiyacı olanlara töhfə verir, həm də qan verən şəxsin sağlamlığı üçün faydalıdır. Belə aksiyaların AMEA-nın digər müəssisə və təşkilatlarında da həyata keçiriləcəyini qeyd edən C.Nağıyeva əməkdaşları aksiyalarda fəal iştiraka səsləyib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova