Birinci Avropa Oyunları zamanı ATU-nun tələbələri qonaqlara ilkin tibbi xidmət göstərəcək
Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurslarında təhsil alan 400 tələbəsi “Bakı – 2015” ilk Avropa Oyunları zamanı idmançılara və qonaqlara könüllü ilkin tibbi xidmətlər göstərəcək. Bununla bağlı olaraq onlara günvurma və zədələnmələr zamanı ilkin tibbi yardımlara dair nəzəri və təcrübi təlimlər də keçilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasında 3 ay ərzində keçirilən treninqlər artıq başa çatıb.
Ümumilikdə isə, yarışların keçiriləcəyi bütün məkanlarda universitetin 1000-dək tələbəsi könüllü qismində iştirak edəcək. Könüllülük işinə əsasən ingilis dilini bilən və ünsiyyət qurmaq qabiliyyəti ilə seçilən tələbələr cəlb olunub.