Gəncədə pediatriya üzrə elmi-praktik konfrans keçirildi

Gəncədə pediatriya üzrə elmi-praktik konfrans keçirildi

“Yeni doğulan körpələrin düzgün qidalandırılması geniş müzakirələr tələb edən aktual məsələdir. Bu gün uşağın ana südü ilə bəslənməsi gələcəkdə onun sağlamlığı və gümrahlığı üçün əsas baza hesab olunur. Buna görə də biz həkimlər hamilə analarla bu barədə mütəmadi söhbətlər aparmalı və onları maarifləndirməliyik”. Bu fikirlər Gəncə Şəhər Səhiyyə İdarəsində “Pediatriyanın aktual problemləri” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər Səhiyyə İdarəsinin baş pediatrı Azelma Dadaşova belə elmi-praktik konfransların mütəmadi keçirilməsinin həkimlərin biliklərinin artırılması üçün əhəmiyyətini qeyd edib. Yeni doğulan körpələrin düzgün qidalandırılması məsələsinin ümumilikdə uşaq sağlamlığı baxımından aktuallığını vurğulayan natiq körpələr üçün ana südünün nə dərəcədə vacib olduğunu təbliğ etməyin zəruriliyindən də danışıb.
Konfransda “Diridoğulmanın yeni meyarlarına əsasən vaxtından əvvəl yenidoğulmuşların reanimasiyasında enteral qidalanmanın aktual problemləri” mövzüsünda geniş və əhatəli məruzə edən Yaponiya Uşaqların Müdafiəsi və İnkişafı İmperator Mərkəzinin ali dərəcəli həkimi, tibb elmləri doktoru Bəxtiyar Zeynalov bu sahədə müasir elmi araşdırmalar, dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan yeniliklər barədə məlumat verib, enteral qidalanma zamanı yarana biləcək problemlərdən və onların qarşısının alınması qaydalarından söz açıb.
Sonra “Bir yaşa qədər uşaqlarda qarışıqların seçimi: səhvlər və təhlil” mövzusu ilə çıxış edən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun dosenti Sənubər Vəliyeva da körpələrin düzgün qidalandırılması qaydalarından danışıb, onlar üçün ana südünün nə dərəcədə vacib olduğunu bir daha vurğulayıb.
Konfransın sonunda həkimləri maraqlandıran suallar cavablandırılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova