Azərbaycan və Ukrayna əczaçıları əməkdaşlıq Memorandumu imzaladılar

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi beynəlxalq əlaqələrin qurulmasında, qarşılıqlı təcrübə mübadiləsinin təşkilində mühüm addımlar atır. MDB məkanında ölkəmizin əsas strateji müttəfiqlərindən olan Ukrayna Respublikası ilə, digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində, o cümlədən əczaçılıq sektorunda da əməkdaşlıq əlaqələri qurulur, möhkəmlənir və genişlənir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iki ölkə arasında əczaçılıq sektorunda əlaqələrin möhkəmləndirilməsi

31-10-2017, 11:28

ÜST-nin qeyri-infeksion xəstəliklər üzrə yüksək səviyyəli komissiyası yaradılıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus qurumun qeyri-infeksion xəstəliklər üzrə yüksək səviyyəli qlobal komissiyasının yaradıldığını bəyan edib. O bu fikri ÜST-nin Şərqi Aralıq dənizi ölkələri üzrə Regional Komitəsinin Pakistanın İslamabad şəhərində keçirilən 64-cü sessiyasında bildirib. Komissiyanın məqsədi dünyada ölüm hallarının əsas səbəbi olan qeyri-infeksion xəstəliklərlə mübarizənin innovativ yollarını axtarmaqdan, bununla da milyonlarla insanın

31-10-2017, 11:25

Səhiyyə Nazirliyində Açıq hökumət tərəfdaşlığı çərçivəsində görülən işlər müzakirə edilib

Səhiyyə Nazirliyində Açıq hökumət tərəfdaşlığı çərçivəsində səhiyyə sistemində görülmüş işlərə həsr olunan tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik aparatının, aparıcı şöbə və bölmələrin əməkdaşlarının iştirak etdiyi toplantıda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda Səhiyyə Nazirliyinin də

31-10-2017, 11:24

Masallı RMX-nın açılışı oldu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə təmirinə başlanılmış Masallı Rayon Mərkəzi Xəstəxanası (RMX) əhalinin istifadəsinə verilib. Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə açılan xəstəxana 223 min nəfər əhaliyə lazımi tibbi xidmət göstərəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, 10 korpusdan ibarət Masallı RMX-da uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx

31-10-2017, 11:21

Rauf Canıbəyov: “Cərrahlıq özü də incəsənətdir”

Budəfəki həmsöhbətim qeyri-adi istedada malik maraqlı şəxsiyyət, ixtisasca cərrah olan və bu sahədə uzun illər fəaliyyət göstərən, eyni zamanda, özünü həm də incəsənətdə tapan, müxtəlif janrlarda çəkdiyi rəsm əsərləri ilə tamaşaçılarını heyran edən, bəzən nostalji, bəzən heyrət, təəccüb, bəzən kövrəklik, kədər, sevgi... aşılayan rəssamdır. O, həmişə özündən danışarkən rəssamlıq təhsili olmadığını xüsusi vurğulayır, bu sahədə bir gün belə hansısa peşəkardan dərs almadığını, qəlbindən gələn,

31-10-2017, 11:06

Pediatriya İnstitutunun 90 illik yubileyi qeyd edildi

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 90 illik yubiley münasibəti ilə tibb ocağının əməkdaşlarını təbrik etdi. Son illər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində sosial sahədə ciddi uğurlar qazanıldığını, Azərbaycan səhiyyəsinin daha da inkişaf etdiyini diqqətə çatdıran natiq böyük miqdarda dövlət

31-10-2017, 11:02

Azərbaycan gəncliyi Dövlət Proqramı üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı qəbul olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilib. Səhiyyə naziri Oqtay Şirəliyev bununla əlaqədar əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sənədə əsasən, gənclərin sağlam həyat tərzi, fiziki səviyyəsinin artırılması, eləcə də valideynlər, müəllimlər və gənclərlə işləyən digər şəxslərin sağlam həyat

31-10-2017, 10:52

Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, müxtəlif məsələlərlə bağlı müraciətlərin həllinə kömək edirlər. Tərtib olunmuş qrafikə uyğun surətdə, səhiyyə naziri Oqtay Şirəliyevin növbəti səyyar qəbul günü Göyçay Mərkəzi Rayon Xəstəxanasında baş tutub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı nazir Göyçay, Ucar, Ağdaş və Zərdab

31-10-2017, 10:45

Dövlət başçısı Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 5 oktyabr 2017-ci il tarixli yeni Fərmana əsasən, həmin Əsasnamənin 22-ci bəndi aşağıdakı redaksiyada verilir: “Nazirliyin tabeliyində

31-10-2017, 10:42

ELANLAR

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası RMX Tibb bacısı (qardaşı) – 6.0 Tibbi statistik - 2.0 Sahə tibb bacısı (qardaşı) - 9.0 Feldşer-laborant - 1.0 Feldşer - 1.0 Laborant - 2.0 Birləşmiş Uşaq Xəstəxanası Tibb bacısı (qardaşı) – 4.0 Sahə tibb bacısı (qardaşı) - 6.0 Qaradolaq HM Tibb bacısı (qardaşı) – 2.0 Yuxarı-Qiyamadılı HM Tibb bacısı (qardaşı) – 3.0 Aşağı Avşar HM Tibb bacısı (qardaşı) – 1.0 Hacıbədəlli HM Tibb bacısı (qardaşı) – 1.0 Hüsülü HM Feldşer – 1.0 Ağabəyli TM Tibb bacısı (qardaşı) -

31-10-2017, 10:26




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova