Analitik Ekspertiza Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalandı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi MMC (AEM) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalandı. İmzalanma mərasimində çıxış edən AQTA-nın sədr müavini Balarəhim Quliyev bildirdi ki, memorandumun əsas məqsədi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə vəzifə və hüquqların həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və

31-10-2018, 06:14

Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə ediləcək

Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm Cəmiyyəti arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların Azərbaycanda tərcüməsi, lokallaşdırılması və yayılması ilə bağlı müqavilə imzalanıb. İşin icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilib. Müqaviləyə əsasən, ingilis dilində olan minə yaxın beynəlxalq klinik protokol həkimlərin istifadəsi üçün Azərbaycan dilinə tərcümə ediləcək. İlk növbədə, daha çox rast gəlinən xəstəlik və vəziyyətlər barədə protokollar

31-10-2018, 06:03

Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil olunur, orada vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların həlli istiqamətində tədbirlər görülür. Tərtib edilmiş cədvələ uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Göygöl Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Göygöl, Gəncə, Daşkəsən və Samux sakinlərini qəbul edib,

31-10-2018, 05:57

“Psixoloji yardım haqqında” qanun layihəsinə baxılıb

Milli Məclisin növbəti plenar iclasında bir sıra digər sənədlərlə yanaşı, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsi barədə məlumat verərək bildirib ki, 6 fəsil, 22 maddədən ibarət bu sənəd Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan

31-10-2018, 05:55

Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində dövlət başçısı İstisu və Sağlamlıq Mərkəzində olub. Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan bu müasir mehmanxana və sağlamlıq kompleksinin bölgədə səhiyyə turizminin inkişafına böyük təkan verəcəyi gözlənilir. Azərbaycanın iqtisadi potensialını nümayiş etdirən mərkəzdə otel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva

31-10-2018, 05:52

Prezident İlham Əliyev səhiyyə ilə bağlı sənədlər imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyə qanunvericiliyi ilə bağlı bir neçə sənəd imzalayıb. Bunlardan birincisi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərmandır. Bu sənədə əsasən, adı çəkilən Əsasnaməyə tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirməklə bağlı 8.10-3-cü

31-10-2018, 05:50

Prezident İlham Əliyev: “Bu gün ölkəmizdə tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. Dövlət başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər. Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisəsində yaradılan şərait barədə məlumat verərək bildirib ki, Quba Rayon Mərkəzi Xəstəxanasının 1964-cü ildə istifadəyə verilmiş binası uzun illər təmir işlərinin aparılmaması səbəbindən istismara yararsız vəziyyətdə idi. 230

31-10-2018, 05:47

Akademik Böyükkişi Ağayevin 90 illiyi qeyd olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tanınmış cərrah, alim və pedaqoq, akademik Böyükkişi Ağayevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransdan öncə tədbir iştirakçıları akademik B.Ağayevin məzarını ziyarət ediblər. Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik B.Ağayevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. O qeyd edib ki, Böyükkişi Ağayev 400-dən çox elmi əsərin

29-09-2018, 11:20

Fövqəladə hallarda əhalinin sağlamlığının qorunması üzrə təlim keçirilib

Fövqəladə hallarda vətəndaşların xilas edilməsi üçün tibbi xidmət göstərənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi prioritet məsələlərdən biridir. Goranboy Rayon Mərkəzi Xəstəxanasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Humanitar sahələrdə reproduktiv sağlamlıq üzrə minimal ilkin xidmətlər paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində baş

29-09-2018, 11:17

Fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

Stokholmda 2018-ci il üçün fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları elan edilib. Amerikalı Ceyms P.Ellison və yapon alimi Tasuku Hondzö “Mənfi immun requlyasiyasının inhibisiya edilməsi yolu ilə xərçəngin müalicəsinin kəşfinə görə” laureat olublar. Nobel Akademiyasının üzvləri bu barədə xüsusi tədbirdə elan ediblər. Akademiya üzvlərinin sözlərinə görə, Ceyms P.Ellison immun sisteminə tormozlayıcı təsir göstərən zülalı tədqiq edib. O, xərçəng şişlərinə “hücum etmək” üçün

29-09-2018, 11:14




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova