“Psixoloji yardım haqqında” qanun layihəsinə baxılıb

Milli Məclisin növbəti plenar iclasında bir sıra digər sənədlərlə yanaşı, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsi barədə məlumat verərək bildirib ki, 6 fəsil, 22 maddədən ibarət bu sənəd Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Sənəddə əsas anlayışların izahı verilir, onun tətbiq dairəsi göstərilir, psixoloji yardımın növləri və formaları əks olunur.
Qanun layihəsi səsvermə yolu ilə birinci oxunuşda təsdiq edilib.
Xəbəri paylaş