Analitik Ekspertiza Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalandı

Analitik Ekspertiza Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalandı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi MMC (AEM) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalandı.
İmzalanma mərasimində çıxış edən AQTA-nın sədr müavini Balarəhim Quliyev bildirdi ki, memorandumun əsas məqsədi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə vəzifə və hüquqların həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin edilməsində birgə səylərin artırılmasıdır.
AEM-in direktoru Murad Süleymanov isə diqqətə çatdırdı ki, iki qurumun qarşılıqlı əməkdaşlıq planlarına satışı qadağan edilmiş bioloji fəallığa malik qida əlavələrinin dövriyyədən çıxarılması üzrə birgə yoxlamalar aparmaq, bu sahədə mütəmadi monitorinqlər keçirmək daxildir.
Sonra B.Quliyev və M.Süleymanov əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzaladılar.
Əməkdaşlıq istiqamətlərinin, tərəflərin öhdəliklərinin öz əksini tapdığı sənəddə AEM və AQTA mütəxəssislərinin birgə iştirakı ilə bioloji fəallığa malik qida əlavələrinin insan sağlamlığına potensial təhlükəsinin müəyyənləşdirilməsi, bu sahədə normativ-hüquqi aktların, normativ-texniki sənədlərin, norma və qaydaların beynəlxalq standartlara uyğun hazırlanması, təhlillərin aparılması, mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, bu sahədə birgə işçi qruplarının yaradılması əsas istiqamətlər kimi nəzərdə tutulub.
Tədbirin sonunda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirildi.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova