Milli Məclisdə səhiyyə ilə bağlı qanun layihələri müzakirə olundu

Dekabr ayı ərzində Milli Məclisin payız sessiyasının bir neçə plenar iclasında səhiyyə ilə əlaqəli qanun layihələrinə baxılıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk iclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda təqdim edilib. Məcəlləyə edilən dəyişikliklərdə güzəştlərin miqyasının və dairəsinin genişləndirilməsi, o cümlədən tibb turizminin inkişafı məqsədilə əcnəbilərə və

29-12-2024, 11:13

“Elektron hökumət” portalına dərmanlarla bağlı iki informasiya resursu qoşulacaq

“Dərman vasitələrinin dövlət reyestri” və “Dərman vasitələrinin təqib və izləmə sistemi” “Elektron hökumət” portalına qoşulacaq. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəsinə – “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na müvafiq bəndlər əlavə olunub. Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin

29-12-2024, 11:09

Nazirlər Kabineti rezidentura təhsili ilə bağlı qərarlar qəbul etdi

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb. Sənədə əsasən, adı çəkilən qaydalarda bir sıra dəyişikliklər edilib. Belə ki, onun 1.4-cü bəndi aşağıdakı redaksiyada verilir: “Rezidentura təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların

29-12-2024, 11:06

Naftalanda tibbi xidmətin təşkili Nazirlər Kabinetinin sənədində əks olunub

Baş nazir Əli Əsədov “Naftalan” Kurortu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarını imzalayıb. Sənəddə bildirilir ki, “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 308 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti “Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiq edib.

29-12-2024, 10:51

Nazirlər Kabineti qan xidməti müəssisələri ilə bağlı qərarlar qəbul etdi

Azərbaycan Respublikası Nazirlər Kabineti özünün 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Qərar qəbul edib. Sənədə əsasən, həmin siyahı yeni redaksiyada verilib. Belə ki, siyahıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan qurumlardan Respublika Qan Bankı (RQB) üzrə RQB-nin

29-12-2024, 10:46

Prezident İlham Əliyev səhiyyə ilə bağlı bir sıra sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi ““Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunu imzalayıb. Sənəddə hər iki qanunda tibbi sığorta hadisələri zamanı dərman və tibb vasitələri ilə təchizat məsələləri müəyyən olunub. Dövlət başçısı həmçinin bu Qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik

29-12-2024, 10:41

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş

29-12-2024, 10:36

Plastik cərrahların qanuni peşə fəaliyyətinin yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlara əsasən, bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən

29-12-2024, 09:21

Elanlar

“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-in istifadəsində olan MN № 0299126; MN № 0738799; MN № 0738800 nömrəli “İnzibati xəta haqqında Protokol”lar və MN № 1129677; MN № 1122223; MN № 1122545; MN № 1122548-1122550; MN № 1122554; MN № 1122556; MN № 1122581-1122582; MN № 1122587; MN № 1122593; MN № 1122558; MN № 1122641; nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar” itmiş hesab edilsin. Sabunçu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan MN № 0001526; MN № 0001527

27-12-2024, 14:29

Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətlə Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan səhiyyəsi və təhsilinə, bu sahənin

12-12-2024, 14:27



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova