“Doktor Salihov haqqında yazmaq istəyərkən mən anlayıram ki, nə qədər çalışsam da, onun necə diqqətcil, humanist və məsuliyyətli oldugunu tam catdıra bilməyəcəyəm. O, səhiyyənin təşkili, müalicə metodları, xəstəxana rejimi sahələrində bizim üçün yeni yollar açıb”. Bu sözləri tanınmış yəmənli həkim, Hodeyd xəstəxanasının direktoru Həsən Mahsani Azərbaycan səhiyyəsi və tibb elmi tarixinə istedadlı alim, klinisist, elm təşkilatçısı kimi, eyni zamanda, gözəl pedaqoq və yeni alimlər nəslinin
Aşqabadda (Türkmənistan) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Vədlərə əməl etmək zamanı – Avropada dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün qeyri-infeksion xəstəliklərlə mübarizə üzrə məsələləri həll edək” devizi altında Avropa konfransı keçirilib. Toplantıda BMT-nin yüksək səviyyəli iclasında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, bunun üçün ölkələrə yardım göstərilməsi məsələləri müzakirə edilib. ÜST-nin Avropa regionunda 2016-2025-ci illərdə qeyri-infeksion xəstəliklərlə mübarizə
Dünya əhalisinin 50 faizə yaxını keyfiyyətli tibbi xidmət almaq imkanlarından məhrumdur. Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Dünya Sağlamlıq Günü ilə əlaqədar etdiyi müraciətində bildirib. O qeyd edib ki, hər il 100 milyonlarla insan səhiyyə xərclərini özləri ödədikləri üçün dilənçi vəziyyətinə düşür. A.Quterreş hesab edir ki, problemin həlli səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasıdır: “Məsələ təkcə səhiyyə xidmətlərinin keyfiyyətinin
Əgər beynəlxalq birlik zəruri tədbirlər görməsə, antibiotiklərə davamlı bakteriyaların törətdiyi infeksiyalar 2050-ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoyacaq, bu xəstəliklərin vurduğu iqtisadi ziyan isə öz miqyasına görə 2008-2009-cu illərin qlobal böhranının nəticələri ilə müqayisə edilə bilər. Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Antimikrob rezistentliyinə qarşı mübarizə üzrə İdarələrarası Əlaqələndirmə Qrupunun yeni məruzəsində öz əksini tapıb. Məruzədə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqəti sayəsində bütün tibb müəssisələrində olduğu kimi, Bakı şəhəri 5 saylı Şəhər Kliniki Xəstəxanasının da maddi-texniki bazası gücləndirilib, dərman preparatları ilə təminatı yüksək səviyyəyə qaldırılıb. Yeni texnologiyaların tətbiqi səhiyyəmizin inkişaf etmiş ölkələrin səhiyyəsinə uyğunlaşmasını təmin edib. Səhiyyə naziri cənab Oqtay Şirəliyevin həkimlərin ixtisaslarının artırılması işinə xüsusi önəm
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədilə Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Sənədə əsasən, Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə bu il aprelin 24-dən 30-dək ölkəmizin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili tapşırılıb. Hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi”
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi (MOM) ölkəmizdə korluğun qarşısının alınması, əhalinin erkən müayinə və müalicəsi, pasiyentlərin səhhətləri ilə bağlı problemlərin vaxtında aradan qaldırılması, o cümlədən cərrahi əməliyyatların həyata keçirilməsi məqsədilə tədbirləri davam etdirir. Belə ki, bu günlərdə MOM Avtomobil Səyyar Klinikası növbəti aksiyanı Suraxanı rayonunun Hövsan qəsəbəsində keçirib. Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qurumun səlahiyyətli nümayəndələri tərəfindən ölkənin böyük tibb müəssisələrində vətəndaşların qəbulu keçirilməyə başlayıb. Belə ki, aprelin 29-dan etibarən Nazirliyin əməkdaşları Kliniki Tibbi Mərkəzdə, 3 saylı Şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşları qəbul edirlər. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı
Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Psixiatriya Assosiasiyasının birgə təşəbbüsü ilə ATU-nun Tədris Terapevtik Klinikasında Əməkdar elm xadimi, professor Əhməd Əlibaba oğlu Abasquliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Toplantıda çıxış edən universitetin rektoru, professor G.Gəraybəyli Əhməd Abasquliyevin psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alim olduğunu deyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisi və Səhiyyə Nazirliyi xəstəliklərin qarşısını almaqda və həyatları xilas etməkdə immunlaşdırmanı əhəmiyyətli vasitə kimi təşviq etmək məqsədi daşıyan Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı mətbuat konfransı və dəyirmi masa keçiriblər. Toplantıda Səhiyyə və Ədliyyə nazirliklərinin, ÜST-nin Azərbaycan ofisinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM), K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun, Əziz Əliyev