Milli Oftalmologiya Mərkəzinin səyyar klinikaları aksiyaları davam etdirir

Milli Oftalmologiya Mərkəzinin səyyar klinikaları aksiyaları davam etdirir

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi (MOM) ölkəmizdə korluğun qarşısının alınması, əhalinin erkən müayinə və müalicəsi, pasiyentlərin səhhətləri ilə bağlı problemlərin vaxtında aradan qaldırılması, o cümlədən cərrahi əməliyyatların həyata keçirilməsi məqsədilə tədbirləri davam etdirir.
Belə ki, bu günlərdə MOM Avtomobil Səyyar Klinikası növbəti aksiyanı Suraxanı rayonunun Hövsan qəsəbəsində keçirib.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumatda aksiya zamanı 172 nəfərin müayinə olunduğu bildirilir. Müayinədən keçənlərdə ən çox katarakta, astiqmatizm, presbiopiya, miopiya, çəplik, diabetik retinopatiya, quru göz sindromu aşkarlanıb. Mütəxəssislər belə pasiyentlərə öz tövsiyələrini veriblər.
MOM Avtomobil Səyyar Klinikasının digər humanitar aksiyası isə Şəkidə təşkil edilib. İki gün davam edən aksiya zamanı 154 vətəndaşın gözləri müayinə olunub. Bu tədbirdən yararlanan Şəki şəhər sakinləri onlar üçün yaradılan şəraitə görə aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Bölmədən verilən məlumatda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Dəmiryolu Səyyar Klinikasının Astara rayonunda tibbi aksiya keçirdiyi bildirilib. Qeyd edilib ki, Astara dəmiryol vağzalında baş tutan aksiya zamanı 184 nəfər müayinə olunub. Pasiyentlərdən 11 nəfəri əməliyyat edilib. Müayinə olunanlarda ən çox katarakta, presbiopiya, çəplik, miopiya, konyunktivit, quru göz sindromu və s. aşkarlanıb. Mərkəzin mütəxəssisləri onlara lazımi tövsiyələr veriblər.
Aksiyalarda Mərkəzin yüksək ixtisaslı həkimləri tərəfindən aparılan müayinələr zamanı gözündə ciddi problem aşkarlanan, çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Ü.FƏRZƏLİYEVA







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova