Ölkəmizdə immunlaşdırma həftəsi keçirildi
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədilə Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Sənədə əsasən, Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə bu il aprelin 24-dən 30-dək ölkəmizin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili tapşırılıb.
Hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə rayonlarda monitorinq keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsi məsələləri də əmrdə öz əksini tapıb.
Qeyd edək ki, əmrə müvafiq olaraq, bütün ölkə ərazisində “İmmunlaşdırma həftəsi” çərçivəsində lazımi immunlaşdırma tədbirləri təşkil olunub və həyata keçirilib.