50 il xalqın xidmətində

50 il xalqın xidmətində

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqəti sayəsində bütün tibb müəssisələrində olduğu kimi, Bakı şəhəri 5 saylı Şəhər Kliniki Xəstəxanasının da maddi-texniki bazası gücləndirilib, dərman preparatları ilə təminatı yüksək səviyyəyə qaldırılıb. Yeni texnologiyaların tətbiqi səhiyyəmizin inkişaf etmiş ölkələrin səhiyyəsinə uyğunlaşmasını təmin edib. Səhiyyə naziri cənab Oqtay Şirəliyevin həkimlərin ixtisaslarının artırılması işinə xüsusi önəm verməsi, yüksək ixtisaslı kadrlara ölkədə şərait yaradılması əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini artırıb.
Bütün bunlar bu günlərdə 5 saylı Şəhər Kliniki Xəstəxanasının fəaliyyətinin 50 illik yubiley tədbirində vurğulanıb. Qeyd olunub ki, 1969-cu ilin əvvəllərində fəaliyyətə başlamış səhiyyə müəssisəsi yarım əsr ərzində əhaliyə göstərdiyi keyfiyyətli tibbi xidmət sayəsində qabaqcıl sağlamlıq ocaqlarından biri kimi tanınır. Azərbaycanda və dünyada ad qazanmış alimlərimizdən cərrah, akademik Böyükkişi Ağayev, qastroenteroloq, akademik İsmayıl Abbasov, Qazaxıstan Elmlər Akademiyasının akademiki, cərrah Vahid Əliyev bu xəstəxanada işləyiblər, öz biliklərini və praktik bacarıqlarını tətbiq edərək savadlı yeni nəsil həkimlərin yetişməsində böyük rolu olan məktəb qoyublar. İndi də bu tibb müəssisəsində həmin məktəb yaşadılır və nəsildən-nəslə ötürülür.
Səhiyyə ocağında qastroenterologiya, terapiya, nevrologiya, cərrahiyyə, reanimasiya şöbələri və yardımcı şöbələr: qəbul və fizioterapiya şöbələri, mərkəzi laboratoriya, əməliyyat bloku, şüa diaqnostika və endoskopiya kabinetləri fəaliyyət göstərir. Burada allerqologiya sahəsi üzrə ixtisaslı həkimlər də çalışır.
İşində fərqlənən bir neçə əməkdaşın xəstəxananın 50 illik yubileyi münasibətilə Səhiyyə naziri cənab Oqtay Şirəliyevin əmri ilə təltif olunması kollektivdə ruh yüksəkliyi yaradıb.
5 saylı Şəhər Klinik Xəstəxanasının yubiley tədbirində iştirak edən Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova öz çıxışında tibb müəssisəsinin kollektivini yubiley münasibətilə təbrik edib, burada çalışan bütün əməkdaşlara bundan sonra da əhalinin sağlamlığının qorunmasında uğurlar arzulayıb.
Yubiley tədbirində Nərimanov rayon İcra Hakimiyyətinin rəsmiləri təbrik nitqi söyləyərək, xəstəxananın bir neçə əməkdaşına mükafatlar təqdim etdilər.
Toplantıya bir sıra tibb müəssisələrinin rəhbərləri də qatılıb.
Xəstəxanın baş həkimi Fazil Alməmmədovun əmri ilə işində fərqlənən bir neçə həkim təltif olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova