Azərbaycanlı alim ÜST-də yüksək vəzifəyə təyin edilib

Tibb və hüquq elmləri doktoru, məhkəmə təbabəti üzrə professor Vüqar Qurban oğlu Məmmədov ÜST-nin Avropa Regional Bürosunun “Əlillik və sağlamlıq” (Disability and Health) Texniki Məsləhət Şurasının həmsədri təyin edilib. Bu barədə “Tibb qəzeti”nə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini, Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının professoru Vüqar Məmmədov

17-02-2025, 14:36

Səhiyyə Nazirliyi və Baş Prokurorluq: Xüsusi Təftiş Komissiyası hələ işini bitirməyib

Səhiyyə Nazirliyi və Baş Prokurorluq plastik cərrahların fəaliyyəti ilə bağlı əhaliyə birgə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır. Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik

7-02-2025, 19:04

Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi arıqlama çayları ilə bağlı əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi elektron ticarət yolu ilə ölkəyə gətirilən “arıqlama çayı və qəhvələri” ilə bağlı əhaliyə birgə müraciət ünvanlayıblar. Nazirliyin Mətbuat xidmətinin yayımladığı müraciətdə deyilir ki, son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır: “Həmin mallarla əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd

7-02-2025, 19:03

Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif edilib

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunarkən Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif edilib. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Komitə sədri bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” Qanuna dəyişikliklə bağlı məsələnin daxil edilməsini təklif edib. Bildirib ki, dəyişikliklərdə tibbi xidmətdə konkret

7-02-2025, 19:00

Скромный гений Лютфи Заде

104 года назад, 4 февраля 1921 г. в Баку, в поселке Новханы родился гений мировой науки Лютфи Заде. Последнее интервью великого учёного. Светлая память настоящему учёному.! 95 лет назад, 4 февраля 1921 г. в Баку, в поселке Новханы родился гений мировой науки, чья революционная теория разрушила двузначную логику Аристотеля, существующую более 2000 лет. Еще в 60-х годах Он осознал разрыв между точностью математики и неточностью реального мира, доказав, что в отличие от математики, где

5-02-2025, 14:08

Yanvar ayında aparılan yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin yanvar ayı ərzində 16 aptekdə yoxlama aparılıb. Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb. Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

3-02-2025, 15:28

Plastik cərrahların sənəd qəbulu dayandırılıb

Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyi vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirir. Belə ki, Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən aparılmış ilkin araşdırmalar nəticəsində şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlardan aydın olub ki, bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış

31-01-2025, 18:27

“Nimesil” Azərbaycanda qadağan olunacaqmı?

Bu yaxınlarda xarici mediada ABŞ-də və Avropada “Nimesil” preparatının qadağan olunması ilə bağlı xəbərlər yayılıb. Qadağanın səbəbi kimi çoxsaylı arzuolunmaz yan təsirlər, o cümlədən mədənin selikli qişasının zədələnməsi, mədədə yanma hissi və qanama, dərmanın toksikliyi səbəbi ilə qaraciyərin zədələnməsi göstərilir. Preparat uzun müddət istifadə edildikdə qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Yüksək qan təzyiqi, ürək çatışmazlığı və damar problemləri riskini artıra

31-01-2025, 16:57

Milli Məclisin Səhiyyə komitəsi yaz sessiyasının iş planını müzakirə edib

Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov iclasın gündəliyində 3 məsələnin olduğunu deyib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilir ki, komitə sədri əvvəlcə 2024-cü ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlərdən bəhs edib. O bildirib ki, hesabat dövründə komitənin 14 iclası keçirilib, 17 məsələ, o cümlədən “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi,

31-01-2025, 14:25

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib

Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilir ki, tədbirdə giriş sözü ilə çıxış edən komitə sədri Əhliman Əmiraslanov Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində Azərbaycan səhiyyəsinin inkişafından, onun maddi texniki bazasının və kadr potensialının gücləndirilməsindən danışıb. Qeyd olunub ki, ölkə

31-01-2025, 14:18



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova