Qızıl nanohissəciklər xərçəng hüceyrələrini yandırır
Elmi yeniliklərin təbabətdə tətbiqi əvvəllər ölümcül sayılan bir çox xəstəliklərin müalicə olunmasına imkan yaradır. Müəyyən edilib ki, mikroskopik qızıl hissəciklər melanoma hüceyrələrini tutmaq və müəyyən şüalanmanın təsiri altında onları "yandırmaq" qabiliyyətinə malikdir. Beləliklə, nanotexnologiyalar indi əksər hallarda ölümlə nəticələnən dəri xərçəngi xəstəliyini müalicə edə bilər. Proses belə baş verir: Nanohissəciklər xüsusi zülalı birbaşa xərçəng hüceyrələrinə çatdırır.8-01-2015, 14:43




