Qızıl nanohissəciklər xərçəng hüceyrələrini yandırır

Qızıl nanohissəciklər xərçəng hüceyrələrini yandırır
Elmi yeniliklərin təbabətdə tətbiqi əvvəllər ölümcül sayılan bir çox xəstəliklərin müalicə olunmasına imkan yaradır. Müəyyən edilib ki, mikroskopik qızıl hissəciklər melanoma hüceyrələrini tutmaq və müəyyən şüalanmanın təsiri altında onları "yandırmaq" qabiliyyətinə malikdir. Beləliklə, nanotexnologiyalar indi əksər hallarda ölümlə nəticələnən dəri xərçəngi xəstəliyini müalicə edə bilər.
Proses belə baş verir: Nanohissəciklər xüsusi zülalı birbaşa xərçəng hüceyrələrinə çatdırır. Həkimlər fototerapiyadan istifadə etməklə şişi infraqırmızı işıqla şüalandırırlar. Onun təsiri altında hissəciklər qızır və bədxassəli yenitörəməni məhv edir.
Melanomalı gəmiricilər üzərində aparılmış təcrübələr zamanı müəyyən edilib ki, zülal daşıyan qızıl konteynerlər Amerika Kimyaçılar Cəmiyyətinin toplantısında alimlərin zülalı yönəltmə sistemi kimi təklif etdiyi digər üsuldan 8 dəfə daha effektivdir.
Melanomanın müalicəsi zamanı tətbiq edilən standart metodlar çox zaman dərinin sağlam hüceyrələrini də məhv edir. Ölçüsünə görə toz dənəciyindən də kiçik olan qızıl nanohissəciklər o dərəcədə təkmilləşdirilib ki, sağlam və xəstə hüceyrələri fərqləndirə bilir və normal hüceyrələrdən yan keçərək, yalnız xəstə hüceyrələrə təsir edir.
Yan Zanq tərəfindən işlənib hazırlanmış nanohissəciklərin müsbət xüsusiyyəti təkcə hədəfi dəqiq seçə bilməsi deyil. Onlar həm də hüceyrə membranından asanlıqla keçir, eləcə də xərçəng hüceyrələrini məhv edən işıq şüasını özünə yaxşı çəkir. Üstəlik, qızılın orqanizmə mənfi təsiri də yoxdur.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova