Valyuta.com

PROACT Təlim Proqramı çərçivəsində Sumqayıt şəhər 1 saylı Doğum Evi ziyarət edilib

PROACT Təlim Proqramı çərçivəsində Sumqayıt şəhər 1 saylı Doğum Evi ziyarət edilib

2000-dən artıq yerli səhiyyə işçisinin COVID-19 pandemiyasına qarşı profilaktik və cavab tədbirlər üzrə potensialının artırılması üçün həyata keçirilən PROACT Təlim Proqramı çərçivəsində BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və layihə meneceri Emin Məmmədli, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva Sumqayıt şəhər 1 saylı Doğum Evində olublar.
USAID tərəfindən maliyyələşdirilən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi və TƏBİB ilə birgə həyata keçirilən proqramın məqsədi infeksiyaların profilaktikası və onlara qarşı mübarizə; COVID-19 xəstəliyi hallarının fərdi idarə olunması; əsas reanimatoloji tədbirlər; geniş reanimatoloji tədbirlər; xəstəxanaların fövqəladə hallara hazırlığı; tibbi nəzarət; fəal kütləvi müayinə (skrininq); testləşdirmə; təmas qrupların epidemioloji izlənilməsi; risklər haqqında məlumatlandırma kimi mövzularda məlumatlılığın artırılmasıdır. Növbəti dörd ayda müasir informasiya texnologiyaları və tibbi avadanlıqla təchiz olunmuş 12 rayon tibb müəssisəsində Təlim Mərkəzinin açılması planlaşdırılır.
Bu proqram UNICEF-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Səhiyyə Nazirliyinin sıx tərəfdaşlığı üzərində qurulub.
İlk təlimçilər üçün təlimə (TÜT) ötən ilin dekabrında start verilib. Rayon təlim mərkəzlərində təlimin həyata keçirilməsinə 24 milli mütəxəssis təlimçinin cəlb edilməsi nəzərdə tutulur.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova