Valyuta.com

İSİM səhiyyənin inkişafı üçün innovativ layihələr təqdim edir

İSİM səhiyyənin inkişafı üçün innovativ layihələr təqdim edir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əsas funksiyası Azərbaycanda səhiyyənin inkişaf etdirilməsindən ibarətdir. Müasir innovativ rəqəmsal texnologiyaların tətbiqi isə bu inkişafı təmin edən başlıca alətlərdən biridir. Bu barədə İSİM-in direktoru Qəhrəman Haqverdiyev səhiyyə sahəsində innovativ rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı onlayn müsahibəsində danışıb.
Qəhrəman Haqverdiyev məlumat verib ki, mərkəzin www.isim.az korporativ saytında İSİM-in bütün innovativ layihələrinin linkləri yerləşdirilir: “Finlandiyanın “Duodecim” şirkəti ilə əməkdaşlıqda www.ebmg.az tibbi protokollar internet portalı yaradılıb və bir il əvvəl istifadəyə verilib. İxtisaslı tibb kadrları yetişdirmək üçün hər 5-6 ildən bir yenilənən məlumat və biliklərdən xəbərdar olmaq lazımdır. Belə ki, 100 minə yaxın istifadəçinin ziyarət etdiyi bu portal vasitəsilə 1000 protokol Azərbaycan dilinə artıq tərcümə olunub”.
İSİM tərəfindən yaradılmış məhsulların mövzusunu davam etdirən Qəhrəman Haqverdiyev tibb işçilərinin fəaliyyətini daha da rahatlaşdıran "MD Referans" mobil əlavəsinin də adını çəkib. Onun sözlərinə görə, protokollar, bir sıra ixtisaslar üzrə yüzlərlə tərcümə olunmuş və orijinal elmi və praktik məqalələr, həkimlər və tibb bacıları üçün videomühazirələr artıq bu tətbiqdə yerləşdirilib: “Üstəlik, hazırda biz oraya Azərbaycanda qeydiyyata alınmış dərmanların bir neçə min təlimatını əlavə etmək üzərində işləyirik. Nəticədə, tibb işçiləri üçün cib elektron arayış kitabçası alınacaq. Bu yaxınlarda yeni startap olan və dərman vasitələrinə həsr olunmuş internet-portalın və ona aid mobil tətbiqin istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, cəmi bir həftə bundan əvvəl İSİM Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə əməkdaşlıqda həkimlər üçün daha bir yararlı təhsil mənbəyi olan www.ecourses.az saytının yaradılacağını da elan edib. Bu sayt dünyada məşhur və populyar onlayn təlim resurslarının modeli əsasında yaradılıb. Təhsil müəssisələrinin müəllimləri, mütəxəssislər və elmi işçilər tibbin müxtəlif sahələrinə aid olan mühazirələrini oraya yükləyə biləcəklər. Yüzlərlə tələbə və həkimə uzaqdan təhsil almağa imkan verdiyinə görə COVID-19 pandemiyası zamanı bu məhsula tələbat daha da artıb. Biz yerli, eləcə də Türkiyədən, Almaniyadan və Rusiyadan olan həmkarlarımızın artıq onlarla təlim kurslarını və təqdimatlarını elektron qaynaqlarımıza yerləşdirmişik”.
Müsahibəsinin sonunda Qəhrəman Haqverdiyev İctimai Səhiyyə və İslahatlar Mərkəzinin gələcək planlarından danışıb: “Bu il üçün planlaşdırılmış işlər sırasına palliativ qulluq üçün kompüter platformalarının yaradılması, reproduktiv sağlamlıq üçün yeni mobil tətbiqlər, uşaq inkişaf gündəliyi, tibb bacıları üçün dərslik, interaktiv ilk yardım kurslarının istifadəyə verilməsi və sair layihələr daxildir. Həmçinin gələcəkdə interaktiv oyun proqramlarının, İSİM-də artıq fəaliyyət göstərən simulyasiya mərkəzi üçün virtual genişlənmiş reallıqdan istifadə etməklə həkimlər üçün təlimlərin yaradılmasını planlaşdırırıq”.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova