Valyuta.com

ATU beynəlxalq Eduroam şəbəkəsinə qoşulub

ATU beynəlxalq Eduroam şəbəkəsinə qoşulub

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da ölkəmizdə elm və təhsilin informasiya təminatının gücləndirilməsi, infrastrukturunun müasirləşdirilməsi, bu sahələrdə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi kimi mühüm vəzifələr müəyyən edilib.
Bu sahədə həyata keçirilən islahatlara dəstək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri ilə yanaşı, ölkəmizin ali təhsil müəssisələrinin də elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan, ölkədə elektron elmin texnoloji platformasını təşkil edən AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən istifadəsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu yaxınlarda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin şəbəkə infrastrukturu AzScienceNet elm-kompüter şəbəkəsi vasitəsilə beynəlxalq Eduroam şəbəkəsinə qoşulub. Bunun nəticəsində universitetin əməkdaşlarına Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (Gigabit European Advanced Network Technology, GEANT) Eduroam xidmətindən istifadə imkanı yaradılıb. Hazırda Tibb Universitetinin professor-müəllim heyəti və tələbələr Avropanın müxtəlif universitetlərinə və elm mərkəzlərinə ezamiyyətləri zamanı bu xidmətdən istifadə edə bilərlər.
Qeyd edək ki, Eduroam alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən internetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edirlər.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova