Sizin Reklam Burada!

Seçenov Universitetinin Bakı filialında məzunlara diplomların təqdimatı mərasimi keçirilib

Seçenov Universitetinin Bakı filialında məzunlara diplomların təqdimatı mərasimi keçirilib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında 2026-cı il məzunlarına diplomların təqdimatı üzrə təntənəli mərasim keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko, Seçenov Universitetinin rektoru akademik Pyotr Qlıboçko, Bakı filialının rektoru professor Əziz Əliyev, tibb müəssisələrinin rəhbərləri, diplomatik korpusun, elm və tibb ictimaiyyətinin nümayəndələri, universitetin professor-müəllim heyəti və məzunların valideynləri fəxri qonaq kimi iştirak ediblər.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Bakı filialı bu il 11 yaşını qeyd edir.
Təntənəli mərasim Seçenov Universitetinin Bakı filialının yaradılması və inkişafını, onun tədris və klinik bazasının genişləndirilməsini əks etdirən filmin nümayişi ilə başlayıb.
Fəxri qonaqlar öz çıxışlarında məzunları təhsillərini başa vurmaları münasibətilə təbrik ediblər. Seçenov Universitetinin Bakı filialında mütəxəssis hazırlığının yüksək səviyyəsi, Azərbaycan və Rusiya arasında səhiyyə, tibb təhsili və təbabət elmi sahəsində əməkdaşlığın möhkəmləndirilməsində filialın rolu xüsusi vurğulanıb.
Sonra məzunlara diplomlar təntənəli şəkildə təqdim olunub. Qeyd edilib ki, 2026-cı ildə filialın 45 məzunu təhsilini fərqlənmə diplomu ilə bitirib. Onlardan 9 nəfəri Seçenov Universitetinin fəxri təltifi olan, təhsildə, elmi və ictimai fəaliyyətdə yüksək nailiyyətlərə görə təqdim edilən medalla mükafatlandırılıb.
Ənənəyə uyğun olaraq, məzunlar həkimlik andı içiblər, bununla öz həyatlarını insanlara xidmətə həsr etməyə hazır olduqlarını, tibbi etika prinsiplərinə riayət edəcəklərini, öz peşə biliklərini daim təkmilləşdirəcəklərini təsdiqləyiblər.


Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova