Valyuta.com

Nazirlər Kabineti yanında Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejiminin icrasını müzakirə edib

Nazirlər Kabineti yanında Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejiminin icrasını müzakirə edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Prezidentin və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaq.
Səhiyyə müəssisələrində vaksinləmə prosedurlarının müəyyən olunmuş normalara uyğun həyata keçirilməsi və müvafiq protokolların tərtib edilməsi ilə bağlı tapşırıqlar verilib.
İclasda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən işlərdən danışılıb, müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub.
Aidiyyəti qurumlara sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi tapşırılıb.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova