Valyuta.com

Səhiyyə Nazirliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının davamlı əməkdaşlıq məsələləri müzakirə edildi

Səhiyyə Nazirliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının davamlı əməkdaşlıq məsələləri müzakirə edildi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Bakıya səfəri çərçivəsində Səhiyyə Nazirliyində olub. Səhiyyə naziri Oqtay Şirəliyev və Nazirliyin digər rəsmiləri ilə görüşdə Azərbaycanda COVID-19 virusuna qarşı aparılan mübarizə tədbirləri müzakirə edilib.
Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səhiyyənin vəziyyəti haqqında qonağa məlumat verib, Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışıb. Nazir bildirib ki, COVID-19-a qarşı mübarizədə ölkələrin bir-biri ilə və beynəlxalq təşkilatlarla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığı və həmrəyliyi müstəsna əhəmiyyət daşıyır.
Baş katib Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin səhiyyə sahəsində əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. Azərbaycanda COVID-19-a qarşı mübarizə üzrə səhiyyə siyasətinin qurulması, poliklinik-ambulator xidmətin bu işə cəlb edilməsi və stasionarların hazırlanması da qeyd edilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin səhiyyə nazirlərinin görüşündən sonra bu qurumda Elmi-Tibbi Qrupun, eləcə də Təchizat Zənciri Qrupunun yaradılması diqqətə çatdırılıb.
Görüşün sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında davamlı əməkdaşlıq məsələləri müzakirə edilib.шаблоны для dle 11.2





Daha çox

]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova