Valyuta.com

Səhiyyə Nazirliyində ÜST-nin qiymətləndirmə missiyası ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ÜST-nin qiymətləndirmə missiyası ilə görüş keçirilib

Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun Azərbaycanda COVID-19-a qarşı cavab tədbirləri üzrə qiymətləndirici missiyasının nümayəndələri ilə görüşüb.
Ölkəmizdə mövcud vəziyyəti qiymətləndirmək və müvafiq tövsiyələr vermək məqsədi ilə Azərbaycana gələn missiyanın üzvləri paytaxtla yanaşı, Şamaxı və Gəncə şəhərlərində də epidemioloji qiymətləndirmə aparmağı planlaşdırırdılar.
Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda Azərbaycanda hazırkı vəziyyət və COVID-19 infeksiyasına qarşı görülən tədbirlər müzakirə edilib.
Səhiyyə naziri epidemioloji qiymətləndirməyə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərini də cəlb etməyi tövsiyə edib.
Həmçinin görüşdə cari sanitar-epidemioloji vəziyyət, xəstəxana daxili infeksiyalara nəzarət, xəstəliyin artma mexanizmi, xroniki gediş və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, toplantıda Səhiyyə nazirinin müavini Nigar Əliyeva, Səhiyyə nazirinin müavini, Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi Viktor Qasımov, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Abdullayev, Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin rəhbəri Hande Harmancı, missiyanın rəhbəri David Novillo Ortiz və missiyanın üzvləri iştirak ediblər.шаблоны для dle 11.2





Daha çox

]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova