ÜST rəhbəri “pandemiyanın böhran mərhələsi” barədə: Dünyamızı çətin günlər gözləyir
Dünya COVID-19 pandemiyasının böhran mərhələsindədir. Hazırda planetimizin Şimal yarımkürəsində xüsusilə ağır vəziyyət yaranıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə söyləyib. Onun sözlərinə görə, qarşıdakı bir neçə ay bir sıra ölkələr üçün çox ağır sınaq dövrü olacaq. Artıq indidən bir sıra dövlətlərdə xəstəliyin həndəsi silsilə üzrə artması müşahidə olunur. Nəticədə, xəstəxanalar və intensiv terapiya şöbələri öz imkanlarının son həddində26-11-2020, 10:49




