Valyuta.com

Ən müasir avadanlıqla təchiz olunmuş Reabilitasiya Mərkəzində yaralı hərbçilərimizə xidmət göstəriləcək

Ən müasir avadanlıqla təchiz olunmuş Reabilitasiya Mərkəzində yaralı hərbçilərimizə xidmət göstəriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət yetirir və qayğı göstərir. Bu qayğının nəticəsidir ki, ölkə başçısının tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən səkkizmərtəbəli reabilitasiya mərkəzi inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həmin mərkəzin döyüşlərdə iştirak edərək yaralanan hərbçilərə xidmət göstərməsi qərara alınıb. Səhiyyə və Müdafiə nazirlikləri də həmin təşəbbüsü dəstəkləyiblər. Əminəm ki, burada reabilitasiya keçən hərbçilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşacaqlar.
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
Mərkəzin baş direktoru Mürsəl Mürsəlov isə bildirib ki, Reabilitasiya Mərkəzində eyni vaxtda 200 hərbçiyə xidmət göstərilməsi nəzərdə tutulub: “Burada hərbçilərə reabilitasiya, fizioterapevtik və digər xidmətlər göstəriləcək. Mərkəz ən müasir avadanlıqlarla təchiz olunub. Həmin avadanlıqlar ölkəmizdə bir çox müəssisələrdə mövcud deyil. Eyni zamanda, xəstələrə yüksək ixtisaslı həkimlər xidmət göstərəcək. Mərkəzdə əsasən dayaq-hərəkət sistemində problemi olan xəstələr müalicə alacaq və mütəxəssislər onların yaxın zamanlarda normal həyata qayıtmaları üçün əllərindən gələni edəcəklər. Burada əsas məqsəd hərəkət məhdudiyyəti olanların sağlamlığının bərpası, müalicəsi və normal həyata qayıtmasına nail olmaqdır”.
Baş direktorun sözlərinə görə, mərkəzdə ətrafların hərəkətini tam və ya qismən itirənlərin, psixi durumunda problem olanların normal həyata qaytarılması nəzərdə tutulub: “Müharibədə aşağı və yuxarı ətraflarda ciddi xəsarət alan və ya onları itirənlərin ilk növbədə psixoloji durumu normallaşdırılmalıdır. Müharibə yeni bitib, protezlərlə təminat növbəti mərhələdə olacaq. Xəstələrin qəbulu Müdafiə Nazirliyinin göndərişləri əsasında həyata keçiriləcək. Reabilitasiya dövrü minimum iki həftə olacaq. Lakin ola bilər ki, həmin müddət uzadılsın”.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova