ÜST koronavirusa təkrar yoluxmanın öyrənilməsi üçün qrup yaradıb

ÜST koronavirusa təkrar yoluxmanın öyrənilməsi üçün qrup yaradıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a ikinci dəfə yoluxma hallarının araşdırılması üzrə xüsusi qrup yaradıb. Təşkilat insanlarda güclü immunitetin əmələ gəlməsi barədə məlumata malikdir, lakin bu immunitetin hansı müddətə davamlı ola biləcəyi hələ məlum deyil.
Bu barədə ÜST-nin Fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove brifinqdə bildirib.
O deyib: “Çox ölkələrdə təkrar yoluxma hallarının baş verməsi bizə məlumdur. Biz təkrar yoluxma üzrə xüsusi işçi qrupu yaratmışıq, çünki çoxlu suallarımız var. Hazırda müxtəlif ölkələrdən xeyli xəbərlər alırıq, lakin təkrar yoluxma ilə bağlı əhalinin faizlə dəyərləndirilməsi barədə məlumatımız yoxdur. Məsələ birinci yoluxmadan sonra hansı immunoloji cavabın yaranması və ikinci yoluxmadan sonra hansı immunoloji cavabın yaranmasındadır”.
ÜST daha bir suala cavab tapmağa ümid edir: xəstəliyin təkrar dövrü nə dərəcədə ciddidir və virusun daha yüngül formasına yoluxmaq mümkündürmü?
Onun sözlərinə görə, COVID-19-a təkrar yoluxan insanlarda güclü immunitet yaranması barədə ÜST-də məlumatlar var. Lakin hələ məlum deyil ki, bu, hansı müddət davam edəcək. Bəzi tədqiqatlar göstərir ki, möhkəm immunitetin mövcudluğu özünü beş ayadək müddət ərzində göstərir, digərləri isə az miqdarda anticisimlərin yaranmasını qeyd edirlər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova