Milli Məclisin Səhiyyə komitəsinin üzvləri müəyyənləşdi

Azərbaycan Respublikası Milli Məclisi “Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında” Qərar qəbul edib. Milli Məclisin sədri Sahibə Qafarovanın imzaladığı Qərara əsasən, Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Səhiyyə komitəsinin üzvləri seçiliblər: Əfəndiyeva Günay Elçin qızı, İbrahimqızı Məlahət İbrahim qızı, Qafarov Kamaləddin Nəsrəddin oğlu, Məmmədli Müşfiq Fazil oğlu, Məmmədov İlham Kazım oğlu, Məmmədov Soltan

31-10-2024, 12:11

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 may tarixli 62 nömrəli Fərmanının 4.2.1-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur). 2. Müəyyən edilsin ki, Tibb Müəssisələrinin

31-10-2024, 12:07

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri oktyabrın 31-də Talassemiya Mərkəzində olublar. AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezidentə və ailə üzvlərinə Mərkəzdə yaradılan şərait barədə məlumat verib. Mehriban Əliyeva tibb müəssisəsindəki Transplantologiya şöbəsində, yeni açılan Reanimasiya şöbəsində və Böyüklər üçün stasionar şöbədə olub, burada müalicə alan pasiyentlərlə, tibb

31-10-2024, 12:04

Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının Baş katibi seçilib

İndoneziyanın Batam şəhərində keçirilən 28-ci Dünya Tibbi Hüquq konqresində azərbaycanlı alim, tibb elmləri doktoru, hüquq elmləri doktoru, məhkəmə-tibbi ekspert, professor Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) Baş katibi seçilib. Onun namizədliyi Assosiasiyanın yeni seçilmiş prezidenti, Belçikalı professor Tyerri Vansvivelt tərəfindən irəli sürülüb. Bu vəzifəyə daha iki ölkədən – İsrail və Macarıstandan alimlərin namizədliyi verilib. Macarıstanlı professor Cudit Şandor öz

30-09-2024, 19:09

Səhiyyə Nazirliyi əhaliyə qrip əleyhinə vaksinasiya ilə bağlı çağırış edib

Səhiyyə Nazirliyi qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə bildirilir ki, qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir. Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və

30-09-2024, 11:53

İndiyədək vətəndaşlara elektron qaydada verilmiş tibbi arayışların sayı açıqlanıb

“Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi” elektron xidmətinə 2023-cü ildə 10 477, bu ilin iki rübündə isə 5 540 vətəndaş müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Bildirilib ki, “Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatın verilməsi” elektron xidməti Elektron Səhiyyə portalı üzərindən vətəndaşlara təqdim edilir. “Vətəndaşlar xidmətə müraciət etmək üçün www.e-health.gov.az portalı və ya

30-09-2024, 11:50

ÜST-nin ekspertləri Azərbaycanda qızılcaya qarşı görülən işləri yüksək dəyərləndiriblər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin qızılca və məxmərək xəstəliklərinin eliminasiyası üzrə ekspert qrupu Azərbaycana missiya səfəri edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, missiyanın əsas məqsədi ötən il ölkəmizdə qızılca hadisələri ilə bağlı xəstəliyin alovlanmasının qarşısının alınması sahəsində görülən işlərin qiymətləndirilməsidir. Səfər çərçivəsində beynəlxalq ekspertlər tərəfindən epidemioloji nəzarətə dair monitorinq və xarici

30-09-2024, 11:49

COP29 ilə əlaqədar aidiyyəti qurumların görüşü keçirilib

Səhiyyə Nazirliyində COP29 ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili ilə bağlı görüş keçirilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən təşkil olunan görüşdə Səhiyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz

30-09-2024, 11:47

Səhiyyə Nazirliyi Ağdərədə əhali üçün səyyar müayinələr təşkil edib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlar arasında davamlı olaraq müxtəlif tibbi aksiyalar təşkil edilir. Bu tədbirlər zamanı müayinələr, həkim konsultasiyaları ilə yanaşı, sağlamlığın təşviqi istiqamətində maarifləndirici görüşlər keçirilir. Növbəti belə tədbir Ağdərə rayonunun Talış kəndində baş tutub. Nazirliyin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən əhali

30-09-2024, 11:44

Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün aksiya təşkil edib

Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri davam etdirir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu tədbirlər çərçivəsində nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti

30-09-2024, 11:42




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova