COP29 ilə əlaqədar aidiyyəti qurumların görüşü keçirilib

Səhiyyə Nazirliyində COP29 ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili ilə bağlı görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən təşkil olunan görüşdə Səhiyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, toplantıda bu ilin noyabr ayında COP29 beynəlxalq tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub.
Hazırda bir çox ölkələrdə meymunçiçəyi virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, Azərbaycan ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Yekunda rəy və təkliflər dinlənilib, görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib.
Xəbəri paylaş