Onkoginekoloji xəstəliklərə müasir yanaşma

Onkoginekoloji xəstəliklərə müasir yanaşma

Bakıda Milli Onkologiya Mərkəzi (MOM) və İsrail Onkoginekologiya Mərkəzinin birgə təşkılatçılığı ilə “Onkoginekoloji xəstəliklərə müasir yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycanın, İsrailin və Almaniyanın onkoginekologiya üzrə mütəxəssisləri, ölkəmizin tibb müəssisələrinin həkimləri iştirak ediblər.
MOM baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev konfransı açaraq, onkologiya elminin müasir dövrdə inkişafı və tədbirin əsas məqsədi barədə məlumat verib.
Mərkəzin Onkoginekologiya şöbəsinin müdiri Şəmistan Alıyev burada aparılan əməliyyat və tətbiq olunan müalicə üsulları, həkim və tibb işçilərinin beynəlxalq əməkdaşlığı haqqında danışıb.
Sonra İsrail Onkoginekologiya Cəmiyyətinin prezidenti, Barzilai Tibb Mərkəzinin Ginekologiya şöbəsinin rəhbəri, professor Ofer Gemerin “Endometrial xərçəngdə limfadenektomiya və sentinel limfa düyünü biopsiyasının rolu”, Kaplan Tibb Mərkəzinin Ginekologiya şöbəsinin rəhbəri, professor Alon Ben Arieninin (İsrail) ”Reproduktiv funksiya qoruyucu müalicə və irsi endometrial xərçəng”, Əhməd Namazovun (İsrail) “Endometrial xərçəngin diaqnozunda histeroskopiyanın rolu” və Alfred Hanselin (Almaniya) “Uşaqlıq boynu xərçənginin diaqnostikasında yeni molekulyar diaqnostik metodlar” mövzusunda məruzələri dinlənilib.
Konfransda Azərbaycan və İsrail mütəxəssisləri arasında onkoginekoloji xəstəliklərə müasir yanaşma mövzusunda dəyirmi masa və müzakirələr, xəstə təqdimatları, diskussiyalar və kliniki müzakirələr aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova