Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümündə İrpendə poliklinikanın rəsmi açılışı olub

Ukraynanın İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar təntənəli tədbirlər keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə müharibə zamanı dağılmış İrpen şəhər poliklinikasının Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmirindən sonra rəsmi açılışı olub. Açılış mərasimində Ali Radanın deputatları, xarici ölkələrin Ukraynadakı diplomatik korpusunun rəhbərləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, Akademik

30-04-2025, 14:36

Səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Kuba əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirib ki, görüşdə səhiyyə naziri Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də Azərbaycan – Kuba əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb. Teymur Musayev Səhiyyə Nazirliyinin nümayəndə heyətinin 2023-cü ildə dost dövlətə səfəri və Baş nazir Manuel Marrero Krusla

30-04-2025, 14:28

Səhiyyə naziri “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı əmr imzalayıb

Azərbaycanın səhiyyə naziri Teymur Musayev aprelin 27-dən mayın 3-dək ölkəmizin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı əmr imzalayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır. Sənədə əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında

30-04-2025, 14:24

Səhiyyə Nazirliyində “GE Healthcare” şirkətinin regional direktoru ilə görüş olub

Səhiyyə Nazirliyində ABŞ-nin “GE Healthcare” şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti və icraçı direktoru Yelena Legezinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev “GE Healthcare” şirkətinin dünyada tibbi avadanlıq və texnologiyaların aparıcı istehsalçılarından biri olduğunu qeyd edib: “Şirkətin dünyanın qabaqcıl xəstəxanalarının

30-04-2025, 14:23

Səhiyyə naziri Belarusun ölkəmizdəki səfiri ilə görüşüb

Səhiyyə Nazirliyində Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Dmitri Pineviçi Belarusun ölkəmizdəki səfiri vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edib. Azərbaycanla Belarus arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini qeyd edən nazir vurğulayıb ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda, hökumət üzvlərinin

30-04-2025, 13:55

TDT ölkələri səhiyyə nazirlərinin V iclası çərçivəsində Qazaxıstanın bir sıra tibb mərkəzləri ilə tanışlıq olub

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclası çərçivəsində səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Qazaxıstanın aparıcı tibb mərkəzləri olan Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzinin, Milli Elmi Onkologiya Mərkəzinin və Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub. Azərbaycan Respublikası Səhiyyə

30-04-2025, 13:50

Azərbaycan səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib

Astanada Türk Dövlətləri Təşkilatı (TDT) səhiyyə nazirlərinin V iclası çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin bir sıra çoxtərəfli və ikitərəfli görüşləri baş tutub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Qazaxıstanın Baş naziri Oljas Bektenovun TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə görüşü zamanı ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb. Bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna

30-04-2025, 13:33

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 63 (Cild I); 2024, № 3, maddə 358, № 9, maddə 1106) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə aşağıdakı dəyişikliklər edilsin: 1. 10.1.1-ci yarımbəndin sonunda

30-04-2025, 13:21

Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilib

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilib. Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, deputatlar, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri, “ETKİ könüllüləri” və Azərbaycanın elm və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin nümayəndələri iştirak ediblər. Birinci Gənc Kardioloqlar Forumunun rəsmi açılış mərasimində ETKİ-nin direktoru və forumun sədri, professor

30-04-2025, 12:00

Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısı açıqlanıb

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti Komissiyanın məlumatını yayımlayıb. Məlumatda bildirilir ki, həmin tibb mütəxəssisləri Xüsusi

30-04-2025, 11:50




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova