ÜST Avropa regional direktoru ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini anıb

Ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klügenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə birlikdə Fəxri xiyabanda olub, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər

30-04-2022, 10:38

Əksər orqanları maqnit rezonans tomoqrafiyası ilə dəqiqliklə müayinə etmək olar

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev ultrasəs müayinəsi, tomoqrafiyalar arasındakı fərq, MRT müayinəsi barədə müsahibə verib. - Ağakişi müəllim, ultrasəs müayinəsi hansı orqan və toxumaların görüntüsünü daha dəqiq verir? - USM-in hansı hallarda informativ olmadığını demək daha asandır. Belə ki, bəzi daxili orqanları (ağciyər və mədə-bağırsaq traktı) və sümük toxumasının tam əhatə etdiyi beyni ultrasəs ilə müayinə etmək mümkün deyil. Yeni doğulmuş körpələrdə əmgək açıq

30-04-2022, 10:18

Diş texnikliyində rəqəmsal texnologiyalar üzrə konfrans təşkil olunub

Rəqəmsal stomatologiya təbabətdə innovativ istiqamətlərdən biridir. Bu gün diş texnikliyi sahəsində rəqəmsal texnologiyalar olmadan metalsız protezlərin implant üzərində qoyulmasını, çıxan və çıxmayan protezlərin hazırlanmasını təsəvvür etmək mümkün deyil. Azərbaycanda rəqəmsal texnologiyalar diş texnikliyi laboratoriyalarında istifadə olunur, amma çox az sayda laboratoriya bu texnologiyaya sahibdir. Hazırda 2 nömrəli Bakı Baza Tibb Kolleci “Diş texnikliyi” ixtisası üzrə mütəxəssis hazırlayan

30-04-2022, 10:02

Rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı həyata keçirilib

Səhiyyə Nazirliyində bu ilin fevral ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərə tibb müəssisələrinə təyinat verilib. Göndərişlərin verilməsi Səhiyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 13 oktyabr tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib. Təyinatda pediatriya, nevrologiya, kardiologiya, stomatologiya, onkologiya,

30-04-2022, 09:59

İSİM-də sağlam davranış nəzəriyyələri üzrə konfrans keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlam davranış nəzəriyyələri və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda konfrans keçirilib. Mərkəzdən verilən məlumata görə, konfransda İSİM-in direktor müavini Rahib Məmmədov bildirib ki, hazırda qeyri-infeksion xəstəliklərin yükü bütün dünya ölkələrində artmaqdadır: “Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 41 milyon nəfər məhz

30-04-2022, 09:57

Bakıda “Koronavirus pandemiyası: diaqnostikası, müalicəsi və fəsadları” mövzusunda konfrans keçirilib

Bakıda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Koronavirus pandemiyası: diaqnostikası, müalicəsi və fəsadları” mövzusunda 3-cü Avrasiya konfransı keçirilib. İnstitutun rektoru, professor Nazim Qasımov koronavirus (COVID-19) pandemiyasına qarşı ölkəmizdə aparılan mübarizə sahəsində əldə olunan uğurlar barədə məlumat verib, bildirib ki, ölkəmiz ilk günlərdən bu infeksiyaya qarşı effektli mübarizə apardı, müvafiq dövlət strukturlarının koordinasiyalı fəaliyyəti

30-04-2022, 09:51

Azərbaycan – İtaliya Beynəlxalq Rinoloji Konqresi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında I Azərbaycan – İtaliya Beynəlxalq Rinoloji Konqresi keçirilib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli İtaliya Rinoloji Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunmuş tədbirin Azərbaycan Səhiyyə Nazirliyində də akkreditasiya olunduğunu deyib. Bildirib ki, iki gün davam edəcək konqresdə müxtəlif təşkilatlardan olan mütəxəssislər rinologiya sahəsi ilə bağlı məruzələr və təqdimatlarla çıxış edəcəklər. Həmçinin “Yuxuda nəfəs

30-04-2022, 09:49

Yeni doğulan körpələrdə sarılığın erkən təyin edilməsi və nəzarətdə saxlanması çox vacibdir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Aygün Rüstəmxanlı körpələrdə sarılıq əlamətləri, patoloji sarılıq və onun müalicəsi ilə əlaqədar sualları cavablandırıb. - Aygün xanım, ana südü sarılığı nədir? - Ana südünün tərkibində bəzi maddələrin artıqlığı və ya ana südünün azlığı ilə bağlı körpədə sarılıq meydana çıxa bilər. Buna yenidoğulmuşların hiperbilirubinemiyası və ya ana südü sarılığı deyilir. Körpənin dərisinin rəngində bu əlamət, adətən, öz-özünə keçib gedir. Lakin belə uşaqları həkim

31-03-2022, 13:42

Azərbaycanda hər 1 milyon əhalinin 700-800 nəfəri böyrəklərin xroniki xəstəliyindən əziyyət çəkir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev böyrəklərin xroniki xəstəliyi, onun əlamətləri, yaranma səbəbləri, həmçinin xəstəliyin gizli inkişafı zamanı patoloji hallarla əlaqədar sualları cavablandırıb. - Böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Bu xəstəliyin yaranma səbəbləri 26-28 faiz halda qlomerulonefritlə (böyrək yumaqcıqlarının (glomerulus) zədələnməsi ilə

31-03-2022, 13:39

Azərbaycan əczaçıları Avrasiya Əczaçılıq Forumunda iştirak ediblər

Moskvada Avrasiya ölkələrinin Əczaçılıq Forumu keçirilib. Tədbirdə ölkəmizi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat və ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov və Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov təmsil ediblər. Forumda əczaçılıq sahəsinin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb, hər bir ölkənin nümayəndələri ilə dəyirmi masalar təşkil olunub. Azərbaycan təmsilçiləri ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat veriblər.

31-03-2022, 13:15


Oktyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova