Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Respublika Klinik Xəstəxanası arasında memorandum imzalanıb

Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Respublika Klinik Xəstəxanası arasında memorandum imzalanıb

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənəd həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasını, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılmasını, rezidentura və doktorantura səviyyələrində yüksəkixtisaslı tibbi-elmi və elmi-pedaqoji kadrların Respublika Klinik Xəstəxanasında təcrübə keçmələrini, bunun sayəsində müalicə, konsultasiya yardımının təkmilləşdirilməsini ehtiva edir.
Qarşılıqlı əməkdaşlıq səhiyyənin inkişaf etdirilməsi, xəstəxanada tibbi xidmətin keyfiyyətinin artırılması baxımından önəmli olacaq. Həmçinin rezident və doktorantların təcrübə keçməsi onların bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsi üçün əhəmiyyətlidir. Tərəflər tibb işçilərinin təkmilləşdirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinin, birgə elmi tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova