Azərbaycan əczaçıları Avrasiya Əczaçılıq Forumunda iştirak ediblər
Moskvada Avrasiya ölkələrinin Əczaçılıq Forumu keçirilib.
Tədbirdə ölkəmizi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat və ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov və Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov təmsil ediblər.
Forumda əczaçılıq sahəsinin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb, hər bir ölkənin nümayəndələri ilə dəyirmi masalar təşkil olunub.
Azərbaycan təmsilçiləri ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat veriblər.